1.1. Kimyəvi prosesdə iştirak edən hissəciklərin əsas tipləri.
Atomlar. Molekullar. Sərbəst radikallar, onların əmələ gəlməsi və aktivliyi. İonlar.
Metal kompleksləri, n- komplekslər və s.
Molekullarda kimyəvi əlaqənin təbiəti. Homolitik və heterolitik proseslər.
1.2. Kimyəvi kinetikanın əsas anlayışları.
Kimyəvi kinetikanın predmeti. Kimyəvi reaksiyanın mexanizmi. İlkin aralıq və son
maddələr. Homogen və heterogen reaksiyalar.
Kütlələrin təsiri qanunu və reaksiyaların sərbəst getmə prinsipi.
Kimyəvi reaksiyaların sürəti. Kimyəvi reaksiyanın sürətinin temperaturdan
asılılığı. Kinetik əyrilər.
Fenomenoloji kinetika. Təcrübi nəticələrə görə «fenomenoloji kinetikanın»
parametrlərinin təyini. Aralıq maddələrin əmələ gəlmə və sərf olunma sürətləri.
Kimyəvi reaksiyaların kinetik təsnifatı. Reaksiyaların molekulyarlığı və tərtibi.
Sürət sabiti və onun temperaturdan asılılığı. Aktivləşmə enerjisi. «Həqiqi» və
«zahiri» aktivləşmə enerjisi. Arrenius tənliyi. Kinetik əyrilərə görə aktivləşmə
enerjisinin təyin edilməsi metodları.
Açıq və qapalı sistemlərdə reaksiya sürətinin ifadələri. Düzünə və tərsinə
reaksiyalar. Kimyəvi tarazlıq.
Dostları ilə paylaş: |