1.14. Məhlullarda kimyəvi reaksiyaların kinetikası.
Qaz fazada gedən reaksiyalar üçün nəzəri təsəvvürlərin məhlulda gedən
reaksiyalara aid edilməsi.
Məhlullarda Maksvell - Bolsmanpaylanmaları. Normal, sürətli və ləng reaksiyalar.
Reaksiyanın sürətinə həlledicinin təsiri. Həlledicinin dielektrik sabitinin rolu.
Məhlulun özlülüyünə verilən düzəliş.
Aktiv kompleks nəzəriyyəsinin məhlullardakı reaksiyalara tətbiqi. Brensted -
Berrüm tənliyi.
Qaz fazada və məhlullarda reaksiyaların sürətlərinin müqayisəsi.
Reaksiyaya girən maddələrin müxtəlif həllolma qabiliyyətlərinə malik olmasının
nəzərə alınması.
Menşutkinin reaksiya mexanizminə müasir baxış. İlkin maddələrin və aktiv
komplekslərin solvatlaşmasının təsiri. Sterik faktorun rolu.
Qoşulmuş reaksiyalar. Qoşulmuş reaksiyaların kinetikası.
Təzyiqin reaksiya sürətinə təsiri.
Məhlullarda reaksiyaların tədqiqat metodları.
1.15. Kinetik təcrübələrin planlaşdırılması və riyazi işlənmə metodlarının
əsasları.
Tam faktorlu eksperiment. Planlaşdırmanın matrisi. Kimyəvi proseslərin
modelləşdirilməsi. Fiziki və riyazi model. Optimallaşdırma.
Dostları ilə paylaş: |