Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


TRANSFORMATORLU QALVANİK AYIRICILI İZOLYASİYAEDİCİ ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ



Yüklə 373,95 Kb.
səhifə4/4
tarix11.12.2022
ölçüsü373,95 Kb.
#120855
növüDərs
1   2   3   4
İÖS kurs isi (2)

TRANSFORMATORLU QALVANİK AYIRICILI İZOLYASİYAEDİCİ ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ

Dəqiqliyi yüksək olan ölçmə sistemlərində transformatorlu qalvanik ayırıcılı izolyasiyaedici ƏG-dən istifadə olunur. Belə gücləndiricilərin iki kanalı olur:



  • informasiya kanalı;

  • energetik kanal.

İnformasiya kanalı MDM- gücləndirici sxemi üzrə qurulur və diferensial giriş gücləndiricisindən (ƏG1), modulyatordan (M), izolyasiyaedici impuls transformatorundan (Tr1), demodulyatordan (DM) və çıxış bufer gərginlik təkrarlayıcısından (ƏG2) ibarətdir.
Energetik kanal ikiportlu və üçportlu ola bilər (şək. 4.1).



Şək. 4.1. Transformatorlu qalvanik ayırıcılı üçportlu izolyasiyaedici


ƏG-nin sxemi

Üçportlu energetik kanalda Eq qida mənbəi vericinin giriş dövrəsindən və informasiyanı emaletmə sxemindən kiçikölçülü Tr2 və Tr3 impuls transformatorları vasitəsilə ayrılmışdır.


İmpuls generatoru (G) daşıyıcı fd tezlikli siqnallar yaradır. Bu siqnallar Tr2 və Tr3 transformatorlarının ikinci tərəf dolaqlarından informasiya siqnalının modulyasiyası üçün modülyatora və demodulyasiyası üçün demodulyatora verilir. Düzləndirici, stabilləşdirici və ATS-dən (şəkildə göstərilməyib) ibarət olan E1 qida bloku ƏG1-i, modulyatoru (M) və vericini qidalandırmaq üçün nəzərdə tutulmuşdur.
E2 qida bloku ƏG2-ni, demodulyatoru (DM) və informasiyanı emaletmə sxemini qidalandırır.
MDM-əməliyyat gücləndiricisinin tezlik buraxma zolağının f y qiyməti daşıyıcı tezliyin fd qiymətindən çox kiçik olur (fyuxarı « fd). Öz növbəsində daşıyıcı tezliyin qiyməti impuls transformatorlarının xüsusiyyəti ilə məhdudlaşır. Real olaraq fd= 20÷100 kHs, MDM əməliyyat gücləndiricisinin tezlik buraxma zolağı fy = 4÷20 kHs olur.
Son zamanlar çoxlaylı çap lövhələri əsasında ucuz qiymətli kiçik ölçülü transformatorların hazırlanma texnologiyası yaradılmışdır. Çap lövhələrinin səthində cızılmış konsentrik keçiricilər bir laydan digərinə keçərək transformatorların dolaqlarını təşkil edir. Çap lövhələrində maqnit nüvəciklərin yerləşdirilməsi və bərkidilməsi üçün deşiklər vardır.
Ənənəvi sarğaclı məmulatlardan fərqli olaraq, belə transformatorların bir sıra üstünlükləri vardır:

  • yüksək texnologiyalılığı və qiymətinin ucuz olması;

  • karkasın olmaması;

  • ölçülərinin və kütləsinin kiçik olması;

  • izolyasiya müqavimətnini böyük olması;

  • soyutma sisteminin sadəliyi.


HESABAT

Difrensial gücləndiricinin qeyri-invers girişinə bu


γ =

əmsalı ilə Ugir2 gərginliyi verilir.
Bu halda diferensial gücləndiricinin çıxışında alının gərginliyın ifadəsi aşağıdakı kimi olur:

( Ugir1 α + Uçıx β )·(-k0 ) + Ugir2 γ (+ k0 ) = Uçıx


Aparılan sadə çevirmələrdən sonra:
k0 γ Ugir2 - k0 α Ugir1 – k0 β Uçıx = Uçıx
k0 γ Ugir2 – k0 α Ugir1 = Uçıx + k0 β Uçıx
k0( γ Ugir2 – α Ugir1 )= Uçıx (1+ k0 β )
Uçıx = · ( γ Ugir2 – α Ugir1 )

ƏG-lərin k0 gücləndirmə əmsalı çox böyük olduğundan (əsasən 20000-dən böyük olur; k0 = 105 ÷107), onda məxrəcin ikinci toplananı 1-dən kifayət qədər böyük olur və buna görə də məxrəcdə 1-i nəzərə almamaq olar, k0 β >>1:


Uçıx = · ( γ Ugir2 – α Ugir1 ),


lakin α = ; β = ; γ = olduğunu nəzərə almaqla R2 = R1; R3 = RƏ qəbul edilərsə,


γ = = α
alınır.
Bu halda:
Uçıx = · ( Ugir2 – Ugir1 )
olur.
α və β qiymətlərini yerinə yazdıqda,

Uçıx = · ( Ugir2 – Ugir1 )


olur.
Sonuncu ifadəsindən göründüyü kimi diferensiaal gücləndiricinin çıxış gərginliyi girişə verilən iki gərginliyin fərqinə mütənsib olur.
Xüsusi hal üçün R1 = R2 = R3 = RƏ:

Uçıx = Ugir2 – Ugir1


Verilənlər:


Rə = 900 Om
R1 = 90 Om
Ugir1 = 30 mV
Ugir2 = 35 mV
Uçıx=?
Bu halda çıxış gərginliyi:

Uçıx =


Uçıx = 50mV
NƏTİCƏ

Bu kurs işində qalvanik ayrıcılı və transformatorlu əməliyyat gücləndiriciləri haqqinda məlumat verilmişdir. Torpaqlama nöqtələrində potensialların səviyyəsi müxtəlif olan sxemlərdə qalvanik ayırma əməliyyatının yerinə yetirilməsi zəruriyyət təşkil edir. Çox hallarda verilərlə (V) informasiyanı emal edən sxemlər arasında məsafə böyük olduğundan potensiallar fərqi çox böyük qiymətə (yüzlərlə və hətta minlərlə Volta) çata bilər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, tibb aparatlarında və cihazlarında qalvanik ayırıcılı izolyasiyaedici ƏG-lərdən istifadə edilməsi vacibdir.


Transformatorlu qalvanik ayırıcılı izolyasiyaedici əməliyyat gücləndiricilərindən isə Dəqiqliyi yüksək olan ölçmə sistemlərdə istifadə olunur. Transformatorlu ƏG bir sıra üstünlüklərinin olduğunun nəticəsinə gəldik:

  1. yüksək texnologiyalılığı və qiymətinin ucuz olması;

  2. karkasın olmaması;

  3. ölçülərinin və kütləsinin kiçik olması;

  4. izolyasiya müqavimətnini böyük olması;

  5. soyutma sisteminin sadəliyi.


ƏDƏBİYYAT



  1. Abbasov V. A Məmmədov U. Q Ölçmə qurğularının sxemotexnikası. Dərs vəsaiti. Bakı: ADNSU nəşriyyatı, 2021. – 163 səh.

  2. Abbasov V. A İnformasiya ölçmə sistemlərinin sxemotexnikası mühazirə məcmusu, 2021.

Yüklə 373,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin