Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


VERİCİLƏRİN TƏSNİFATI VƏ İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNƏ QOŞULMASI



Yüklə 373,95 Kb.
səhifə3/4
tarix11.12.2022
ölçüsü373,95 Kb.
#120855
növüDərs
1   2   3   4
İÖS kurs isi (2)

VERİCİLƏRİN TƏSNİFATI VƏ İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNƏ QOŞULMASI

Qurulma prinsipinə və digər əlamətlərinə görə vericilər parametrik və generator olmaqla tiplərə ayrılır:



  1. Girişinə ölçülən fiziki kəmiyyətin təsiri nəticəsində çıxışında cərəyan, gərginlik və elektrik siqnalları hasil edən vericilər generator vericilər sayılır;

  2. Girişinə ölçülən fiziki kəmiyyətin təsiri nəticəsində olçmə dövrəsindəki hər hansı elementin parametri dəyişən vericilər parametrik vericilər adlandırılmışdır.

Parametrik vericilərldən istifadə olunarkən onlar ölçmə dövrəsi və qida mənbəi və ilə təmin edilməli olur.
Vericilərin informasiya-ölçmə və idarəetmə sistemlərinə qoşulması məqsədi ilə həll edilməsi vacib olan olan məsələlər bunlardır:
- əsaslandırılmaqla qoşulma sxeminin seçilməsi;
- gücləndirici və ya unifikasiyaedici çeviricinin düxgün seçilməsi;
- vericilərin həssaslığı ilə onun çevirmə funksiyasının xəttilik dərəcəsi arasında əlverişli nisbətə nail olmaq məqsədi ilə vericinin çıxış müqaviməti ilə yük müqaviməti arasında ilə uyğunluğun əldə edilməsi;
- sinfaz siqnalların vericinin çıxış siqnalına təsirinin minimal həddə qədər azaldılması;
- vericinin çevirmə funksiyasının qeyri-xəttiliyinin minimal həddə qədər azaldılması;
- ətraf mühit parametrlərinin (temperatur, nəmlik və s.) və obyektin qeyri-informativ parametrlərinin ölçmə sisteminə təsirinin kifayət qədər kiçildilməsi;
- ətraf mühit parametrlərinin və obyektin qeyri-informativ parametrlərinin sistemin girişinə və ölçmə kanalına təsirinin nəticəsinin avtomatik təshihi.
Bu məsələlərin effektiv həll edilməsində qoşulma sxemlərinin tədqid edilməsi mərhələsində vericilərin ekvivalent sxeminin araşdırılması vacibdir.

  1. VERİCİLƏRLƏ İNFORMASİYANI EMALETMƏ SXEMLƏRİNİ QALVANİK AYIRAN ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ

Torpaqlama nöqtələrində potensialların səviyyəsi müxtəlif olan sxemlərdə qalvanik ayırma əməliyyatının yerinə yetirilməsi zəruriyyət təşkil edir. Çox hallarda verilərlə (V) informasiyanı emal edən sxemlər arasında məsafə böyük olduğundan potensiallar fərqi çox böyük qiymətə (yüzlərlə və hətta minlərlə Volta) çata bilər. İİS-in qeyd edilən bu iki əsas hissəsinin qalvanik ayrılması məqsədi ilə onlarn arasında qalvanik ayırıcılı izolyasiyaedici ƏG-lərdən istifadə olunur.
Verici ilə informasiyanı emaletmə sxemini qalvanik ayıran izolyasiyaedici ƏG-nin qoşulma sxemi şək. 3.1-də göstərilmişdir.




Şək. 3.1. Verici ilə informasiyanı emaletmə sxemini qalvanik ayıran izolyasiyaedici ƏG-nin qoşulma sxemi

Xüsusi olaraq qeyd etmək lazımdır ki, tibb aparatlarında və cihazlarında qalvanik ayırıcılı izolyasiyaedici ƏG-lərdən istifadə edilməsi çox vacibdir.


Adətən üç tip qalvanik ayırıcılı izolyasiyaedici ƏG-lərdən istifadə edilir:

  • transformatorlu qalvanik ayırıcılı izolyasiyaedici ƏG;

  • optik-elektron cütlüklü qalvanik ayırıcılı izolyasiyaedici ƏG;

  • kondensatorlu qalvanik ayırıcılı izolyasiyaedici ƏG.


  1. Yüklə 373,95 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin