Hazırda ölkənin təhsil sahəsində siyasəti Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və aparılır. Bu işin sistemli və ardıcıl olaraq həyata keçirilməsində müxtəlif strukturlar: federal hökumət, ştatlar və bələdiyyələr məsuliyyət daşıyır.
Yeni təhsil sisteminin formalaşmasında gecikmələr olsa da, müasir dünyanın inkişaf tempinə uyğun olaraq orada da təhsilə proqressiv mövqedən yanaşılır və onun inkişafına böyük təkan verilirdi. Bu inkişaf 2006-cı ildən etibarən islahatlarla müşayiət olunmağa başladı.
Təhsillə bağlı mühüm addımlar
Braziliya Təhsilinin İnkişaf Planında göstərildiyi kimi, milli təhsil siyasətinin məqsədləri 1988-ci ildən etibarən Federal Konstitusiyanın da fundamental məqsədi olaraq aşağıdakı vəzifələri ehtiva edir:
• yoxsulluğu və cəmiyyətdən təcrid olmanı ləğv etmək;
• hər kəsin rifahına nail olmaq üçün sosial və regional bərabərsizlikləri azaltmaq;
• irqindən, rəngindən, mənşəyindən, cinsindən asılı olmayaraq, ayrı-seçkilik qoyulmadan hər kəsin hərtərəfli inkişafını təmin etmək.
Təhsilin keyfiyyəti
Ölkənin təhsil siyasətində keyfiyyətli təhsilin həyata keçirilməsi üçün fəaliyyətin aşağıdakı mühüm prioritet istiqamətlərdə qurulması əhəmiyyətli hesab edilir:
• təhsil sahəsində fəaliyyət göstərən şəxslərin vəzifə və öhdəliklərinin müəyyənləşdirilməsi;