Braziliyanın təhsil sistemi məktəbəqədər təhsili, ibtidai (I-IV), əsas (V-VIII) və orta (IX-XI) məktəbləri, universitet təhsilini, eləcə də universitetdən sonrakı hazırlığı əhatə edir. Bu həm dövlət, həm də xüsusi tədris müəssisələrini özündə birləşdirir.
1988-ci ildə qəbul olunmuş Braziliya Konstitusiyasına görə, dövlət vergilərindən gələn gəlirin 18%-i, ştatların və bələdiyyənin vergi gəlirlərinin isə 25%-i təhsil sahəsinin ehtiyaclarına sərf olunur.
Təhsil Nazirliyi— ali təhsilin bütün sisteminə nəzarət
Ümumtəhsil səviyyəsi 0-17 yaşları (0-3; 4-6; 7-17 yaşları) əhatə edir.
Məktəb səviyyəsi özü də ibtidai, əsas və orta olmaqla səviyyələrə ayrılır. Əsas təhsil yalnız 7-14 yaş səviyyələrini, yəni I-VIII siniflərdə təhsil alan şagirdləri əhatə edir. Bələdiyyələr və şəhərlər əsas təhsilin normal fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyırlar.
Braziliyada tədris hər ilin fevralında başlayır və noyabrında başa çatır. Adətən, ənənəvi karnaval başa çatdıqdan sonra dərs ili başlayır. Şagirdlərə iyulda bir aylıq tətil verilir.
Braziliyanın dövlət dili portuqal dilidir. Ümumiyyətlə, ölkənin məktəblərində təlim dili portuqal dilidir. Əvvəllər xarici dil kimi yalnız ingilis dili tədris olunurdu. Son vaxtlar ingilis dili ilə yanaşı, ispan dili də xarici dil kimi tədris olunmağa başlamışdır.
Məktəblər altı gün işləsə də, tədris beş gündə həyata keçirilir. Altıncı gün məktəbə yalnız valideynlər gəlir. Onlar övladlarının, ümumiyyətlə, məktəbin problemləri ilə bağlı müzakirələr keçirir, konkret istiqamətlər üzrə iş aparırlar.
Müəllimlər bir gündə 4, bir həftədə 22 saata qədər dərs aparırlar. Hələ də ali təhsili olmayan müəllimlər vardır. Rio-de-Janeyro şəhərində ali təhsili olan müəllimlər 96% təşkil edir.
Federal səviyyədə peşə təhsili şəbəkəsinin genişləndirilməsi strateji fəaliyyət xətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Ölkənin peşə təhsili sahəsində həyata keçirdiyi siyasət onun iqtisadi inkişaf planına uyğun olaraq aparılır.
Braziliyada peşə məktəblərinin yerləşdirilməsində sistemsizliklər mövcuddur. Məktəblərin ərazi üzrə düzgün paylanmaması müşahidə edilir. Bəzi ştatlarda peşə məktəbləri və onların filialları yalnız mərkəzdə fəaliyyət göstərir.
Braziliyada peşə təhsilinin üç səviyyəsi vardır: əsas təhsil pilləsində peşə təhsili; orta təhsilin yuxarı pilləsində – peşə məktəblərində peşələrin öyrədilməsi; ali peşə təhsili
Ölkədə 18 yaşdan 35 yaşa qədər vətəndaşların peşə öyrənmək hüququ vardır.
Məktəblərə elementar savadı olmayan şəxslərin qəbul edilməsi ilə bağlıdır. Belə ki, heç bir təhsil görməmiş, savadsız bir şəxs peşə öyrənmək məqsədilə məktəbə müraciət edə bilir. Məktəb onun arzusuna əsasən qəbul olunması barədə qərar verir. Beləliklə, vətəndaşa peşələri öyrənmək üçün şərait yaradılmaqla yanaşı, savad təlimi üzrə bacarıqlar da aşılanır.