Azərbaycan Dövlət Pedaqoji Universiteti Ad: Nəsibli Toğrul



Yüklə 3,5 Mb.
səhifə2/7
tarix26.11.2023
ölçüsü3,5 Mb.
#135366
1   2   3   4   5   6   7
Brazilya

Braziliya – tarixi

Bu ölkənin tarixi 1494-cü ildən – onun kəşf olunduğu vaxtdan başlayır. 1500-cü ilin aprelində portuqaliyalı gəmiçi Pedro Alvares Kabral Hindistana getmək üçün səfərə çıxır, lakin o, Cənubi Amerikaya gəlir və ölkənin Portuqaliya kralı adına zəbt olunduğunu elan edir. Sonralar böyük bir tarixi yol keçən Braziliyada 1930-1945-ci illər arasında avtoritar bir rejim, 1964-1985-ci illər arasında hərbi diktatura hökm sürür. 1988-ci ildə ölkənin yenikonstitusiyası qəbul olunur və 90-cı illərdə ona dəyişikliklər edilir. Bu dövrdə əhalisinin beşdə birinin savadsızlığı, iqtisadi çətinliklərin dərinləşməsi ölkənin iqtisadi, siyasi həyatında əsaslı dəyişikliklərin aparılmasını ciddi vəzifə kimi qarşıya qoyur.

Müasir dövr – Luis İnacio Lula da Silva (prezident)

Cənubi Amerikanın «Portuqaliyalıları»

  • Portuqaliyalı dənizçi Pedr Alvareş Qabral tərəfindən «Yeni Dünya»ya birləşdirilən ərazilər Həqiqi Xaç Torpağı adlandırıldı (port. Terra da Vera Cruz), daha sonra bu ərazilər Müqəddəs Xaç torpağı adlandırıldı (port. Terra da Santa Cruz), lakin daha sonra ərazinin adı dəyişilərək Terra do Brasil (Braziliya) adlandırıldı.
  • Bu ad, ehtimalların birinə əsasən, ərazinin sahilində tapılan ağac növü ilə bağlıdı. Bu ağaclar daha sonra Avropaya idxal edilməyə başlanıldı. Portuqaliyalılar bu ağacı pau-brazil (port.pau-brasil-brazil ağacı) adlandırdılar.
  • Digər ehtimala əsasən ölkənin adı Brazil adasının adından əmələ gəlib (İrland mifologiyasına əsasən, Brazil Atlantik okeanda yerləşən adanın adıdır).

Təhsil siyasəti

Braziliyada müasir təhsil ənənələri nisbətən gec formalaşmağa başladı. Hələ ötən əsrin 70-ci illərində Braziliyanın 15 yaşdan yuxarı əhalisinin 20%-i savadsız idi. Buna baxmayaraq, ölkədə yaranan canlanma, insanların öyrənməyə marağının artması dəyişikliklərlə nəticələnirdi. Xüsusən təhsil sistemində irəliləyişlər inkişafa səbəb oldu. Braziliya təhsil sistemi məktəbəqədər təhsil, ibtidai, əsas, universitet təhsili, eləcə də universitetə hazırlıq əhatə olunurdu.


Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin