b) Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar;