Üç hissədən – giriş, əsas hissə və sonluqdan ibarət çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini təkrarlamadan, dilin fonetik, leksik va-sitələrindən qrammatik normalar daxilində fikrini orijinal şəkildə ifadə edə bilir.
Çıxış kiçik vaxt kəsiyində, 2-3 dəqiqə ərzində, adətən, plansız, konspektsiz söylənilir. Lakin elmi konfranslarda hansısa fakta, cədvəl, düstur və rəqəmlərə ehtiyac olarsa, çıxış edən şərh edəcəyi məsələni müəyyən plan üzrə qeydlər əsasında apara bilər.