Poliloji nitq. Poli yunanca çox mənasındadır. Poliloji nitq dedikdə ikidən çox adamın söhbəti, danışığı nəzərdə tutulur.
Poliloji nitq. Poli yunanca çox mənasındadır. Poliloji nitq dedikdə ikidən çox adamın söhbəti, danışığı nəzərdə tutulur.
Nitqin tipləri
Ünsiyyət şəraitindən asılı olaraq şifahi monoloji nitq zahiri və daxili formalarda təzahür edir. Zahiri nitq danışıq səsləri ilə ifadə olunan, başqalarına ünvalanan və eşidilmək üçün nəzərdə tutulan nitqdir. Şəxs şəraitindən, harada olmasından, kiminlə və ya kimlərlə danışmasından asılı olaraq öz nitqinə düzəliş edə bilir. Eyni zamanda, zahiri nitq insandan öz fikrini dilə gətirərkən məsuliyyət hissi saxlamağı, ədəb-ərkan qaydalarını unutmamağı tələb edir.