Azərbaycan Dövlət Pedaqoji Universiteti


Neytrallaşdırma üsulu, mahiyyəti



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix16.05.2022
ölçüsü0,58 Mb.
#115924
1   2   3   4   5   6   7   8   9   ...   14
Ağazadə Nərmin KBM103B Analitik kimya-2

Neytrallaşdırma üsulu, mahiyyəti.  

Turşuların titrlənmiş  məhlullarından istifadə edərək, əsasların (əsasi reaksiyalı  

maddələrin) və əksinə olaraq əsasların  titrlənmiş məhlulları vasitəsilə turşuların  

(ümumiyyətlə,  turş  reaksiyalı  maddələrin)  miqdarını  təyin  etmək  üsulları 

neytrallaşdırma  metodlarını təşkil edir. 

Neytrallaşma üsulunun əsasında neytrallaşma reaksiyaları durur. 

Turşu-əsas üsulunun əsasını H

+

 və ya H



3

O

+

 ionlarının OH



-

 ionları ilə reaksiyası 

təşkil edir və nəticədə zəif dissosiasiya edən H

2

O molekulları əmələ gəlir: 

                         

                         H

3

O˙+OH'→ 2H



2

O;   və ya H˙+ OH'→ H

2

O            




Bu  üsul  turşuların,  əsasların  və  sulu  məhlullarda  hidrolizə  uğrayan  duzların 

miqdari təyini məqsədilə tətbiq edilir.  

Turşuların  təyinin  də  alkalimetriya  üsulundan  istifadə  edilir.  Bu  zaman  işçi 

məhlul olaraq NaOH və ya KOH qələvisindən istifadə olunur. Nümunəyə görə 

titrli qələvi məhlul hazırlamaq mümkün deyil, çünki standart məhlullara qoyulan 

tələblərə cavab vermir və onlar titrlərini tez dəyişir.

İşçi qələvi məhlulunun titrini 

müəyyənləşdirmək üçün ilkin maddə olaraq oksalat turşusu (H

2

C

2



O

4

 ∙2H



2

O) və 


ya kəhrəba turşusu (H

2

C



4

H

4



O

4

) istifadə oluna bilər.  



Əsasların təyini isə asidimetriya üsuluna əsaslanır. Asidimetriyada işçi məhlul 

qüvvətli turşu məhluludur (adətən HCl və ya H

2

SO

4



). Qatı turşu məhlulundan titrli 

məhlul  hazırlamaq  mümkün  deyil.  Qatı  turşudan  nə  qədər  dəqiqliklə  nümunə 

götürülsə belə, onun dəqiq miqdarı bilinməyəcək, çünki qatı H

2

SO



4

 hiqroskopik, 

qatı  HCl  isə  uçucudur.  Ona  görə  də  turşuların  titrli  məhlullarını 

müəyyənləşdirirlər.  Turşu  məhlullarının  titrlərinin  müəyyənləşdirilməsi  üçün 

götürülən  ilkin  maddə  boraks  Na

2

B



4

O

7



  ∙  10  H

2

O  və  ya  sodadır  Na



2

CO

3



.  Bəzi 

hallarda işçi turşu məhlulları fiksanaldan hazırlanır 

Neytrallaşma  üsulunda  titrləmə  prosesinin  mahiyyətini  izah  etmək  üçün  

ekvivalent nöqtəsinin müxtəlif hallarda hansı pH-a uyğun gəldiyinə nəzər salaq. 

Bu  üsulda  ekvivalent  nöqtəsi  neytral  (pH=7),  turş  (pH˂7)  və  əsasi  mühitdə  

(pH˃7) yerləşə bilər. Bu hallara ayrılıqda nəzər salaq: 

1)  Qüvvətli turşunun qüvvətli əsasla titrlənməsi:  

HCl +NaOH=NaCl +H

2

O     


H

+ OH



-

=H

2



Alınmış NaCI hidrolizə uğramadığı üçün mühit neytraldır, yəni pH =7 – dir.  

2)  Zəif turşunun qüvvətli əsasla titrlənməsi:  

CH

3



COOH +NaOH = CH

3

COONa + H



2

O  


CH

3

COO



-

 + H


2

O → CH


3

COOH +OH


Ekvivalent nöqtəsində əmələ gələn CH

3

COONa qüvvətli əsas və zəif turşudan 



əmələ gəldiyi üçün hidrolizə uğrayaraq əsasi mühit yaradır, yəni pH > 7 olur: 

3)  Zəif əsasın qüvvətli turşu ilə titrlənməsi: 

NH

4

OH + HCl = NH



4

Cl + H


2

O    


NH

4

OH + H



= NH


4



H

2

O  


NH

4

+



 + H

2

O = NH



4

OH + H


Reaksiya tənliklərindən göründüyü kimi, ekvivalent nöqtəsində əmələ gələn duzu    

zəif əsas və qüvvətli turşudan əmələ gəldiyi üçün hidrolizə uğrayaraq, sərbəst H

+

 



ionları ayırır və məhlulun pH-ı 7-dən kiçik olur. 

 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin