Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialının, Tarix Coğrafiya Müəllimliyi ixtisası üzrə



Yüklə 363,04 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü363,04 Kb.
#107211
1   2   3
Azər Xəlilov^

NƏTİCƏ

Atmosfer son dərəcə böyük və rəngarəngdir,çünki bir tərəfdən yer ilə kosmos arasında vasitəçidir,digər tərəfdən yer səthinin bütün təbəqələri ilə əlaqədədir.

Coğrafi təbəqəyə yalnız troposfer və aşağı stratosfer daxildir.

Troposferin yer üzündəki həyatı üçün əhəmiyyəti Troposferin öyrənilməsi çox vacibdir, çünki bu hava qatında nəfəs alırıq.

Troposfer atmosferin ən vacib qatıdır deyə bilərik çünki,qazların 75 %-ə qədəri,su buxarının isə hamısı bu qatda toplanır. O yerə yaxın olaraq havanın Yer üçün lazım olan bütün hadisələrinin baş verdiyi zonadır. Sürtünmə təbəqəsi troposferin coğrafi təbəqəyə daxil olan hissəsidir. Bura məhz yerə yaxın olduğu üçün təmas nöqtəsidir. Həyatın mövcudluğu və canlı aləmin formalaşması məhz hava təbəqəsindən asılıdır.Bununla əlaqədar olaraq hava axınları,buludluluq,rütubətlik,yağışlar,atmosfer təzyiqi kimi müxtəlif meteroloji hadisələr bu qatda meydana gəlir.Troposfer ümumilikdə yerdən əks olunan günəş işıqları ilə qızır,bu səbəblə Troposferin alt hissəsi daha istidir və yerdən yüksəldikcə istilik 100 metrədə 0,65 dərəcə azalır və təbəqənin sonunda -56,5 dərəcəyə qədər enir.

Bundan əlavə, troposfer Günəşin atmosferin daha yüksək təbəqələri, yəni stratosferik ozon təbəqəsi ilə sərt ultrabənövşəyi radiasiyasından qorunur. Bu qorunma səbəbi ilə bir çox molekul atmosferin başqa yerində olan troposferdə daha sabitdir. Bu qorunma Yer kürəsində həyatı mümkün edir.

Son illər insanların landşafta təsiri nəticəsində həmdə atmosferdə( troposferdə) dəyişikliklər yaranmışdır. Buna misal olaraq, bir çox yerlərdə həyat üçün lazım olan ozon təbəqəsində açılan deşiklər, bir çox şəhərlərə turşulu yağışların yağması və s. ola bilər.

Troposferin bu qədər vacib olmasının səbəbi, yer üzündə həyatın mövcud olmasını təmin edən bütün həyati vacib elementləri ehtiva etməsidir. Əvvəlki hissələrdə bununla bağlı geniş məlumat vermişəm.




Yüklə 363,04 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin