Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Fakültə: Riyaziyyat və təbiət elmləri



Yüklə 32,32 Kb.
səhifə2/2
tarix13.12.2023
ölçüsü32,32 Kb.
#140424
1   2
gunay-rtm

Materialın məzmunu cəhətdən:

  1. Dərs nəzəri cəhətdən tam olmalıdır., yəni öyrədiləni əsaslandırmaq üçün zəruri olan materialı əhatə etməlidir;

  2. Dərs üçün nəzəri və praktik material düzgün münasibətdə seçilməlidir;

  3. Dərs zəruri və mümkün olan yerdə başqa fənlərlə əlaqələndirilməlidir;

  4. Dərs vaxt bölgüsünə görə düzgün qurulmalıdır.

Təlim metodlarının tətbiqi cəhətdən:

  1. eyni bir dərsdə tətbiq edilən müxtəlif təlim metodları həmin dərsin xüsusiyyətinə cavab verməlidir.

Təlim formalarının tətbiqi cəhətdən :

  1. Sual- cavab və şərh formaları düzgün növbələşməlidir;

  2. Evristik forma düzgün tətbiq edilməlidir;

  3. Dərsin şərholunma dili sadə, konkret, obrazlı və düzgün olmalıdır

Müəllimin dərsə hazırlaşması və plan tərtib etməsi cəhətdən:

  1. Təkcə bir dərsə deyil,bütün bəhsə istinad etməlidir;

  2. Geniş plan tərtib etməlidir;

  3. Keçmiş material ilə əlaqə momentlərindən istifadə etməlidir;

  4. Dərsin məzmununa və şagirdlərin marağına uyğun olan əyani vəsait və didaktik materiallar seçməlidir;

  5. Dərsin vaxtını mərhələlərə düzgün bölməlidir;

  6. Həll ediləcək məsələləri didaktik cəhətdən düzgün seçməlidir.

Müasir dərsə verilən tələblərin düzgün yerinə yetirilməsində müəllimin mədəniyyəti, onun əqli, əxlaqi və ideya baxışları həlledicidir.Onun öz üzərində müntəzəm çalışması əsas şərtdir. Müasir riyaziyyat dərsi ona məxsus səciyyəvi əlamətləri saxlayaraq statik deyil, müntəzəm inkişaf edən məşğələ forması kimi nəzərdən keçirilir.
Yüklə 32,32 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin