Həll ediləcək məsələləri didaktik cəhətdən düzgün seçməlidir.
Müasir dərsə verilən tələblərin düzgün yerinə yetirilməsində müəllimin mədəniyyəti, onun əqli, əxlaqi və ideya baxışları həlledicidir.Onun öz üzərində müntəzəm çalışması əsas şərtdir. Müasir riyaziyyat dərsi ona məxsus səciyyəvi əlamətləri saxlayaraq statik deyil, müntəzəm inkişaf edən məşğələ forması kimi nəzərdən keçirilir.