Azərbaycan Dövlət Pedoqoji Universiteti



Yüklə 411,33 Kb.
səhifə1/5
tarix10.12.2023
ölçüsü411,33 Kb.
#139260
  1   2   3   4   5
Hüseyn tarix





Azərbaycan Dövlət Pedoqoji Universiteti

Fakültə - Tarix/Coğrafiya


İxtisas - Tarix müəllimliyi
Qrup-Tar2203B
Fənn-Yeni dövr tarixi
Mövzu- I Dünya müharibəsinin başa çatması.
Versal-Vaşinqton sisteminin yaranması
Müəllim-Əhmədov Ərrəhman
Tələbə-Hüseyn Musayev
PLAN:


  • Birinci Dünya müharibəsi 

  • Müharibənin əsas səbəbləri

  • Müharibənin başlanması

  • Müharibənin sonu

  • Versal-Vaşinqton sistemi


Birinci Dünya müharibəsi (28 iyun 1914–11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır.
Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi.
Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi.
Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi.
İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.

Yüklə 411,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin