Azərbaycan döVLƏt təHSİl naziRLİYİ Azərbaycan Dövlət Pedaqoji Universiteti


Muhsin Kadıoğlu , Atlakvida əsəri



Yüklə 106,24 Kb.
səhifə6/6
tarix31.12.2021
ölçüsü106,24 Kb.
#112570
1   2   3   4   5   6
AYTEN Avropada Hun dövləti

Muhsin Kadıoğlu , Atlakvida əsəri

 

"Atlakvida" əsərində Attilanın ölümünə dair fikirlərə 800 il sonra cavab...


Əfsanəvi türk-hun xaqanı Attilanın ölüm səbəbi məlum olmadığı kimi ölümdən əvvəl və sonrakı hadisələri də türk tarixçiləri geniş şəkildə şərh etməmişlər.

Bir sıra türk tarixçilərinin bəlli olmayan səbəblərdən macarlara "hədiyyə etdikləri" Attila, əslində, bugün Macarıstan dövləti tərəfindən qəbul edilən bir milli qəhrəman deyil. Macar millətini formalaşdıran milli qəhrəman Arpad  hesab olunduğu üçün Budapeştin tarixi Milenyum meydanında da Arpadın nəhəng heykəli qoyulmuşdur. Arpad 845-907-ci illər arasında, Atilla isə 406-453-cü illər ərzində yaşamışdır. Klassik və rəsmi macar tarixinə görə, Arpad Magyar qəbilələrini Kan müqaviləsi vasitəsilə birləşdirdikdən sonra macar milləti ortaya çıxmışdır. Arpad macar qəbilələrini IX əsrdə Karpat hövzəsinə gətirmiş, 895-902-ci illərdə isə Karpat hövzəsi tamamilə onun başçılıq etdiyi macarlar tərəfindən fəth edilərək macar yurduna çevrilmişdir.

Qeyd olunan faktladan da göründüyü kimi, rəsmi macar tarixi Qərbi Hun İmperiyası və onun əfsanəvi lideri Attila ilə hər hansı bir əlaqəni göstərmir. Attilanın ölüm tarixi Arpadın macar qəbillələrini bir mərkəzdə birləşdirdiyi tarixdən 442 il əvvələ təsadüf edir. Arpaddan tam 442 il əvvəl Avropanı lərzəyə gətirən bir imperatorluq quran Attila Macarıstan tərəfindən "macar millətinin atası" kimi qəbul olunmur. Belə olduğu halda, apardıqları heç bir arxeoloji və ya antropoloji araşdırmaya əsaslanan qaynaq olmadığına baxmayaraq, türk tarixçiləri Attilanı "macarların atası", yaxud "macarların Attilanın nəvələri olduğu" fikrini nədən israrla söylədikləri də bəlli deyil.

Müsair dövrümüzdə Macarıstanda macar milləti ilə bağlı iki əsas tezis vardır. Bunlardan birincisi və hakim olan fikir bəhs etdiyimiz rəsmi tarixi görüşlərdir. İkinci fikir isə macar milliyətçilərinə mənsubdur və Attilanın "türk deyil, macar olduğu" iddia edilməkdədir. Bəzi türk milliyətçiləri "macarlar türkdür" fikrini müdafiə etdikləri halda, onlara zidd olaraq macar miliyyətçiləri sözügedən fikri əsla qəbul etmirlər. Onlara görə, "türklər və macarlar Attila dönəmində Avropa Hun İmperatorluğunda "qardaşcasına" və "qonşu coğrafiyada" yaşamış iki xalqdır". Bu təqdimatla da iki millət arasında irq və ya qan bağı olmadığını diplomatik bir şəkildə dilə gətirirlər.

Çağdaş zamanımızda macar millətçilərinin türklərlə münasibətdə işlətdikləri "biz qardaşıq" sözləri irq və qan bağını istisna edən sosial mənada bir qardaşlıq vurğusunu ifadə etməkdədir. Macarıstanda 1850-ci illərdən sonra tez-tez dilə gətirilən "türklərlə macarların eyni irqdən gəldiyi" tezisi "elmi baxımdan kifayət qədər qaynaqlarının olmadığı" səbəbindən çoxdan rədd edilmişdir. Macar Turan Vəqfinin 1905-ci ildən sonra yayınladığı "Turan" dərgisində macar turançılarının türklərlə "irqi birlik" fikrini müdafiə etmədikləri, "Turan" hədəfinin "türklərin yaşadığı coğrafiyadakı yeraltı və yerüstü qaynaqlara hakim olaraq Böyük Macarıstanın qurulması" olduğu bir çox məqalələrdə aydın şəkildə ifadə olunmşdur. Müasir zamanımızda "türk aydını" və ya "milli aydın" kimi gördüklərimizin mühüm əksəriyyəti romantik turançı olduğu üçün macar turançılığının 1905-ci ildən sonra keçdiyi təkamül yolundan və yeni hədəflərindən xəbərsizdir. Bu səbəbdən türk turançılığının romantik turançılıqdan ağıla əsaslanan turançılıq fikrinə doğru inkişafının hələ də zamana ehtiyacı olduğu görünür.

Tarixə qısa səyahətimizin məqsədi budur: Çağdaş zamanımızda Avropa hunlarını rəsmi tarixi açıqlamasına görə "atası" kimi görən tək dövlət Türkiyədir. Türkiyə Cümhuriyyətinin gerbindəki on altı ulduzun hər biri böyük türk imperatorluqlarını simvolizə edir. Bu on altı imperiyadan biri də Avropa Hun İmperatorluğudur. Türklər heç bir tərəddüd etmədən Avropa Hun İmperiyası və bu imperatorluğun möhtəşəm xaqanı Attilaya sahib çıxmaqdadırlar. Bu baxımdan da Avropa hunları və Attila haqqında söyləniləcək hər sözə, ortaya atılacaq hər iddiaya qarşı, ilk növbədə, türk aydınları cavab verməlidirlər.

"Tanrının qılıncı" adı ilə anılan böyük türk-hun qəhrəmanı bir çox Avropa əsərlərinin də əsas mövzusuna çevrilmişdir. Məlumdur ki, Attilanın ölümü ilə bağlı müxtəlif fikir və versiyalar yayılmış və yazılmışdır. Hələ də tarixin olayları arasında tam aydınlığa çıxmayan ölüm faktı müxtəlif xalqların əfsanə və əsərlərində öz bədii əksini tapmışdır. Attila xristian dünyasının qəlbi olan Romaya qədər gedərək xristianlar arasında böyük bir qorxu yaratdığı üçün bir çox Avropa xalqları da onun ölümündən özlərinə pay almaq yarışına çıxmışlar.

Attilanın ölümü german əfsanələrinin də əsas mövzularından biri olmuşdur. Savaş meydanlarında Attilaya qalib gələ bilməyənlər onu zəhərləyən qadının özlərindən olduğunu iddia etmiş, "xristianların ən böyük düşmənini biz məhf etdik" şəklində fikir formalaşdıraraq bu hadisədən özlərinə pay götürmüşlər. Heç şübhəsiz ki, bu iddia yeni deyil, lakin, təəssüf ki, yüzilliklər keçməsinə baxmayaraq, həmin iddiaların çoxuna türklər tərəfindən cavab verilməmişdir.


Attilanın ölümü və ya öldürülməsi ilə bağlı ən qədim tarixi hekayələrə təsadüf etdiyimiz german ədəbiyyatında onların çox müxtəlif versiyaları mövcuddur. "Poetik Edda" əsəri XII-XIII əsrlərdə yaşamış İslandiya tarixçisi, şair və siyasətçi Snorri Sturlusonun yazdığı "Edda" əsərindən fərqli, qədim Norveç ədəbiyyatına aid müəllifsiz şeirlər toplusudur. Bu əsər XIII əsrdə yazılmış, "Codex Regius" adlanan orta əsrlər əlyazma mətinlərinin tərkibində məlum olmuşdur. Norveç mifologiyası və alman qəhrəmanlıq əfasanələrinin ən önəmli qaynağı olan "Codex Regius"un harada olması ilə bağlı 1643-cü ilə qədər heç bir məlumat mövcud deyildi. "Codex Regius" XIX əsrin əvvəllərindən etibarən skandinav ədəbiyatı üzərində güclü bir milliyətçilik təsiri yaratmışdır.

"Poetik Edda"nın qəhrəmanlıq şeirləri arasında "Attilanın nəhri" mənasını ifadə edən "Atlakvida" mühüm yer tutur. Şeirin əsas obrazlarından biri Avropa hunlarının əfsanəvi kralı Atli - Attilladır.

ƏDƏBİYYAT SİYAHISI

1. Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.20-21.

2. Attila, səhifə 35. // Məktəblinin tarix lüğəti. Müəlliflər: Rauf Məlikov və Nizami İbrahimov. Elmi redaktor: tarix elmləri namizədi Elmar Məhərrəmov Bakı: "Ayna Mətbu Evi", 2004, 416 səhifə



3. Məmməd İ.M . Hunlar. Bakı 1993

4. Avropa Hunlarının Tarixi. Bakı 2002



5. Türk Xalqlarının dövlətçilik tarixi. Əsməd Muxtarova. Bakı 2002. ( Səhifə 101-dən )



Yüklə 106,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin