AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3,8 Mb.
səhifə3/44
tarix14.01.2017
ölçüsü3,8 Mb.
#48
1   2   3   4   5   6   7   8   9   ...   44

Bu düvrdə heyvandarlıüın müəyyən sahəsini də atçılıq təşkil etmişdir. Muüanda ßliküməktəpəsindən aşkar olunan at sümükləri atın hələ eneolit düvründə əhilləşdirildiyini güstərir.

Neolit və eneolit düvründə meydana çıxan ibtidai sənətkarlıq tunc düvründə inkişaf edərək, daha da təkmilləşmişdir. Arxeoloæi qazıntılardan əldə edilən müxtəlif əmək alətləri, təsərrüfat əşyaları o düvrdə sənətkarlıüın müxtəlif qolla-rının-metallurýiya və metalişləmə, dulusçuluq, daşişləmə, sümükişləmə, dəri və ýünişləmə, toxuculuq və s. müxtəlif mərhələlərdə dinamik şəkildə inkişaf etdiyini ýüstərir. Neolit düvründə dulusçuluq və toxuculuq, eneolit düvründə bunlarla bərabər metallurýiyanın meydana çıxması, tunc düvründə isə yuxarıda sadalananlar arasında metallurýiya və metalişləmənin aparıcı yerlərdən birini tutmasına səbəb olmuşdur.

Mə'lum olduüu kimi, Azərbaycanda və bütün Cənubi Qafqazda məskunlaşan tayfaların metalla ilk tanışlıüı hələ eneolit düvründə olmuşdur. Bu düvrə aid abidələrdən xırda metal əşyalar, o cümlədən bəzək üçün muncuqlar tapılmışdır.

Leylatəpədən aşkar olunan maddi-mədəniyyət qalıqlarının ən qiymətlilərin-dən biri də metallurýiyaya aiddir . Buradan nəinki müxtəlif metal əşyalar, həm də onların bilavasitə yaşayış məskənlərində hazırlanmasını ýüstərən maddi qalıqlar tapılmışdır.

5. İBTIDAI ICMA QURULUŞUNUN DAÜILMASI

E.ə. II minilliyin axırı – 1 minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış İbtidai-icma quruluşunun daüılması sürətlənmişdir.

Bu düvrdə Azərbaycanın cənub ərazisində düvlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları müvcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başzıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpaüı olan ərazilərə yiyələnmişlər.

Tayfalar daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başzıları və aüsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbzilər, kahinlər zoxlu var-düvlətə sahib olurdular.

İcmanın daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını varlı ailələr ələ kezirirdilər. Gəncə yaxınlıüında, Qarabaüda və s. ərazilərdə belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar bir nezə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı.

Azərbaycanda əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ülünün yanına az əşya qoyulmuşdur. Varlı adamların dəfn olunduüu kurqanlar həmzinin büyüklüyü, quruluşu və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.

Tunc düvründə əhalinin məişətində və dünyagürüşündə əsaslı dəyişikliklər olmuşdur. Onlar tikinti işində məişət avadanlıqlarının zoxnüvlü və yüksək bədii züvqlə hazırlanmasında gürünür. Dini təsəvvürlərdə də dəyişikliklər baş vermişdi. Axirət dünyasına inamla baülı dəfn mərasimlərində də bunlar izlənmişdir. Sitayişlə baülı bütlər yaranırdı. Səma cisimlərinə, suya, aüaca, ayrı-ayrı heyvanlara və s. sitayiş edilirdi.

İncəsənət yüksək inkişaf tapmışdır. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu düvrə aid qayaüstü rəsmlər təsviri incəsənətin güzəl nümunələri sayıla bilər.

Varlı ailələr zoxsaylı mal-qara sürülərinə baxmaq, başqa təsərrüfat sahələrində zalışmaq üzün əlavə işzi qüvvəsindən istifadə edirdilər. Belə işzi qüvvəsi, əsasən var-yoxdan zıxmış icma üzvləri, tayfalar arasında gedən müharibələr zamanı əsir düşmüş adamlar hesabına yaranırdı. Bu düvrdə qullar da olmuşdur. Sahibkarın qullarını da onunla birlikdə dəfn edirdilər.

Qəbirlərdən zoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, düyüş baltası, paltar zirehləri, toppuz və s. tapılması həmin düvrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduüunu güstərir.

Əhali qəfil hücumlardan qorunmaq üzün daha təhlükəsiz yerlərdə məskən salmışlar. Belə yaşayış məskəninin ətrafına mühkəm müdafiə divarı zəkilmiş, daülıq yerlərdə qalazalar və müvəqqəti sıüınacaqlar tikilmişdir. Bəzi yaşayış məskənləri tayfalar arasında gedən müharibələr zamanı daüıdılıb yandırılmışdır. Qalib tayfa məülub tayfanı üz tərkibinə qatır və onun var-düvlətini mənimsəyirdi. Hərbi qənimətlərin və əsirlərin zox hissəsi qalib tayfanın başzısının və nüfuzlu hərbzilərin əlinə kezirdi.

İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parzalanması və s. amillər e.ə. II minilliyin axırı – 1 minilliyin əvvəllərində Şimali Azərbaycanda İbtidai icma quruluşunun daüılmasını sürətləndirdi.

Lakin bu ərazidə sinifli cəmiyyətin yaranması müəyyən müddət ləngimişdir.

Azərbaycanın Yaxın Şərqin mədəniyyət ocaqları ilə sıx əlaqədə olan cənub ərazilərində ilk quldar düvlətlər daha qədim düvrlərdə yaranmışdır.


Azərbaycan ərazisində qədim dövlətlər Plan: 1. Azərbaycanda qədim tayfa ittifaqları və erkən dövlət qurumları (Aratta,Lullubi,Kuti) 2. Manna dövləti. 3. Azərbaycan Midiya və Əhəmənilər dövlətinin tərkibində. 4.Atropatena dövləti. 5. Albaniyas dövləti antik dövrdə. Ədəbiyyat 1.Azərbaycan tarixi. I cild, B., 1994 2.Azərbaycan tarixi. B.,1996 3.Azərbaycan tarixi. I cild, B., “Elm”, 1996, s. 166-413 4.Azərbaycan tarixi üzrə qaynaqlar.B., 1989, sənəd N I-II 5. S.Qaşqay. Manna dövləti. B.,1993. 6. F.Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. B., 1993. 7.Fazili Abdulla. Atropatena e.ə. IV-er.VII əsri.B.,1992.

Eramızdan əvvəl IV minillikdə qədim Azərbaycanda maldarlıq, əkincilik və sənətkarlıq imkişaf etmiş, əkinci-maldar təsərrüfatı meydana gəlmişdi. Azərbaycanda da İkicayarasında meydana gəlmiş Hələf, xususilə Ubeyd yaxud protoşumer, ilkin şumer mədəniyyətinə oxşar əlamətlər təmsil olunmuşdur. Azərbaycanda ilkin şumer mədəniyyətinə oxşar arxeoloji mədəniyyət abidələrinin (dairəvi evlərin və naxışlı qab-qacağın) yayılması eramızdan əvvəl IV minilikdə burada protoşumer etnik qruplarının məskunlaşdığını, Azərbaycan əhalisi ilə yaxın təmasda olduğunu söyləməyə imkan verir. İlkin şumer mədəniyyətinə oxşar abidələr Ağdam rayonu ərazisində Leylatəpə yaşayış məntəqəsində və Urmiya gölü hövzəsində aşkara çıxarılmışdır. Azərbaycanın şimalında və cənubunda sinifli cəmiyyətin yaranması prosesi eramızdan əvvəl IV minilliyin sonu—III miniliyin əvvəlində başlamışdı. Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimyyətinin ruşeymi tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula ( rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı. Şumer dövləti ilə Aratta ölkəsi arasında iqtisadi əlaqələr davam edirdi. Arattadan Ikicay arasına qızıl, gümüş, tikinti materialları, Şumerdən Arattaya isə əsasən taxıl və meyvə gətirilirdi. Aratta ölkəsinin əhalisi qızıl, gümüş, tikinti, mis, dağdaşı və s. hasil edirdi. Aratta əhalisinin həyatında əkinçilik müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır.Arattanın sərhədləri cənubi şərqdə Zənçana, cənubi qərbdə isə Zəribər gölünə (Sənəndəçin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.

Lullubum (Lullubi) dövləti

Eramızdan əvvəl III minilliyin II yarısında İkicayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkicayarası Akkad dövlətinin hakimyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Lulubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili hərçmərçlikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.


Eramızdan əvvəl II minillikdə Azərbaycanın siyasi vəziyyəti



Eramızdan əvvəl II miniliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (eramızdan əvvəl 1813-1781) turikkilərə qarşı hərbi yuruş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukilərin bir hissəsi Assurlarla sülh bağlayır. Eramızdan əvvəl II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başcılar, yaxud xırda hökmdarlar təmsil edirdilər. Turikkilərin bir neçə, lullibilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövlətləri artıq parçalanmışdlar, ayrı-ayrı xırda hökmdarların hakimyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turikki, lulubi, kuti və b. tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (eramızdan əvvəl 1792-1750) Şimali İkiçayarası hadisələrinə müdaxilə etməsinə şərait yaratdı. O, turikki və kuti tayfalarının hücümlarını dəf etdi. Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. yaşayırdılar.

Cənubi Azərbaycanda Sinifli Cəmiyyət və Şəhər Dövlətlərinin meydana gəlməsi

Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar. Assuriya mənbələrdə Manna qurulunadək Cənubi Azərbaycan ərazisində assuriyalarla mübarizə aparan müxtəlif çarlıqların adına rast gəlirik. Assuriya mənbələrinin verdiyi məlumatlardan görünür ki, eradan əvvəl I-minilliyin əvvəlinədək - er.ev. VIII əsrlərədək olan dövrdə ayrı-ayrı çarlıqların birləşməsi prosesi getmiş və bunun nəticəsində onlar assuriyalara ciddi müqavimət göstərə bilirlər. Urmiya gölünün cənubunadək ərazi üzün müddət Zamua adı ilə tanınmışdır. İlk dəfə olaraq bu ada II Adadnearinin (911) salnaməsində rast gəlirik. Zamua ilk birləşmiş torpağı er. 881-ci ildə qeydə alınmışdır. Bu zaman onun başında Daqara ölkəsinin rəhbəri Nur-adad dururdu. Zamiyalılar II Anikurnasirapalin er. ən (883-ci illər) qoşunlarına qarşı mübarizə divarını tikmişlər. Ancaq onlar Assiriyalıların hücumlarına davam gətirə bilmişlər. II Aşikurnasirapol daha rabirutu. Üzə və Laqalaqaqalalarının tutur əsir və sərhət ələ keçirir. Assuriyalıların qonşu vilayətlərə hücumundan istifadə edən Nur-azad yenidən öz mövqelərini möhkəmlədir. Ancaq assuriyalılar yenu hücum zamanı da Birutu qalasını tapdarırlar. Növbəti er.ev.880-ci ildə Zamiya əhalisi yenidən II Anikurnasiorapla qarşı mübarizə aparırlar. Zamiyalıların başında car Ameka dururdu. O, Assuriyalılara ciddi müqavimətgöstərmişdir. Assuriyalılar Amekanı məğlub edə bilməmişlər. O, Sabua dağında möhkəmlənmişdir. Yazılı mənbələrin məhdud və ziddiyyətli olmasına baxmayaraq Manna dövləti ərazisində istehsalın cəviyyəsi və təsərüfatın formaları haqqında təsəvür əldə etmək mümkündür. Tarixi araşdırmalar sübut edir ki, Urmiya gölü ətrafında yaşayan qədim tayfaların əsas peşəsi otaraq əkinçilik və maldarlıq olmuşdur. Torpağın münbüt məhsuldar olması, su ehtiyatının çoxluğu geniş otlaqlar mülayim iqlim burada əkinçilik və malqarlıq təsərüfatının geniş miqyas almasına imkan vermişdir. Azərbaycanın hakim dairələrinin yerli əhalinin üzərinə qoyulan verginin taxıl, mal-qara, metal, metal məlumatlardan toplamaları burda əkinçiliyin və maldarlığın inkişaf etdiyini, metal ehtiyatının çoxluğunu və metaldan cürbəcür əşyalar, istehsal alətləri və s. hazırlayan vahid ustaların olduğunu sübut edir. Aşkar edilən maddi-mədəniyyət abidələri göstərir ki, burada qədimdən kənd təsərüfat texnikası yüksək olmuşdur. Dəmir mədəniyyəti xalqın məişətində geniş yer tutmuşdur. Torpağın şumlanmasında xışdan, dəmir toxadan taxıldan biçilməsindən dəmirdən hazırlanmış orqan və başqa istehsal alətlərindən taxılan daşınmasında isə ikitəkərli və dört təkərli arabalardan istifadə edilmişdir. Mannalıların buğda arpa, darı, vələmir və s. dənli bitkilər yetişdirmiş və onları xüsusi anbarlarda saxlamışlar. Ölkədə yüksək texnikaya malik olan süni suvarma sistemi geniş yer tutmuşdur. Suvarma sistemində saxsıdan hazırlanmış xüsusi bicimli borulardan istifadə edilirdi. Mannalılar üzümçülk, bağçılıq və bostançılıq təsərüfatlarına, onların sirlərinə də bələd olmuşlar. Mənbələr Manna ərazisindəki şəhərlərin hər birində şərab anbarlarının olmasının xəbər verirlər. Şərab saxsı küblərdə saxlanılırdı. Ölkədə əkinçilikdən sonra ikinçi aparıçı peşə maldarlıq olmuşdur. Burada maldarlıq Ameka ilə birlikdə assuriyalilara qarşı möhkəmlənmiş şəhər olan Ammamenik başında duran Arasitua çıxış etmişdir. Mənbələrdən görünür ki, Arasitya Amekadan asılı olmuşdur. Şəhər qalaların və paytaxt şəhəri Zamrinin mövcud olması sənətkarlıq istehsalının yüksək səviyyəsi Assuriya kimi güclü düşmənə müqavimət köstərməsi göstərir ki, Ameka çarlığı artır dövlət idi. Uzun müdddət Zamiya torpaqlarında yerləşən Anikurnasirapol bu torpaqların xeyli hissəsini tabe etmişdir və burada Dur-Apmur qalaçığı tikdirmişdir. Bu torpaqları Assuriyalılar sonralar Zamiya və ya Mizamiya adlandırmışlar.Ərazinin qalan hissəsi isə Daxili Zamiya adlanmaşdır.Daxili Zamiyada er.ev. 856-ci ildə Assuriyalılar Nikdilo və Nikdlara hakimlərə ilə mübarizə aparmışlar. Onlarla III Salmanasarın (er.ev. 868-825) qoşunları arasında müharibə baş vermiş və salmanasarlar onları məğlubiyyətə uğratmışdır. Urmiya gölünün qərb sahillərindı müstəqil Gilzan vilayəti mövcud idi. Er.əv. 856-cı ildə III Salmanasar qarşı mübarizə aparan gilzanlılar məğlubiyyətə uğramış və ona vergi verməyə məçbur olmuşlar. Bir sıra vilayətlərin assuriyalılara qarşı birgə çıxışları onların uzun müddətli müqaviməti göstərir ki, er.əv. I miniliyin əvvələrində Urmiya ətrafı vilayətlərdə birləşmiş birliklərin yaraşması məhkum xarakterli kəsb etmişdir, müstəqil hərbi-siyasi qurum idi. Bu vilayətlərdə güclü qala şəhərlərin aşgara çıxırılması burada ilk dəfə dövlət birliklərin meydana çıxdığını söyləməyə əsas verir. Urmiya gölü ətrafı rayonlarda möhkəmlənmiş qalaların mövcud olması arxeoloji qazıntılarla da sübut edilir. Manna dövləti

Müasir Cənubi Azərbaycanın ərazisi e.ə. II miniliyin sonu və xususilə er.ev.I minilikdə Assuriya və Urartu carlarının yürüşlərində adı çəkilən qədim dövlətlərin ərazisini əhatə edir. Urmiya gölünün ətrafında və ondan cənub və Şərqə doğru ərazidə yerləşən bu kiçik dövlətlər—Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andia, Zikertu, Sanqibutu, Puluadi və b. qədim Şərq Dövlətləri—Assuriya və Urartunun daimi ekspansiya obyekti olmuşdur. Er.əv. IX əsrin ortalarında bu ölkələr içərisində Manna seçilməyə başlayır. Er.əv. VIII əsrin əvvəllərində Manna böyük dövlət birləşməsinə çevrilir, qonşu vilayətləri zəbt edərək.Assuriya çarlarına fəal müqavimət göstərir, Urartu ilə mübarizə aparır. Mannanın sərhədləri Cənubda Diyala və Kiçik Zab çaylarının yuxarılarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə isə Urmiya gölü sahilinədək uzanırdı. Təəsüf ki, Manna çarlarının özlərinin yazılı məlumatları bizə gəlib çatmamışdır. Cənubi Azərbaycan ərazisində olan müxtəlif dövlət birlikləri barədə məlumatları biz Assuriya və Urartu mənbələrindən və bu ərazidə tapılan qayaüstü yazılardan götürürük. Ölkə haqqında yazılı mənbələrin kəsirini arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət abidələri doldurur. Cənubi Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ərazidə yaşayan tayfaların iqtisadi və mədəni inkişafına təkan verdi. Ərazinin zənginliyi qonşu dövlətlərin daimi diqqətini cəlb edirdi. Urmiya ətrafı ərazi hələ III miniliyin ikinçi yarısından yazılı mənbələrdə yer tutur. Bu ərazidə yaşayan ən qədim etnik qrup kutilər hesab olunur. E.ə III miniliyin sonunda Akkad mənbələri Urmiya gölünün cənub-şərqində yerləşən ərazidə Lulubi tayfası barədə məlumat verir, görünür onlar çox güclü olmuş və Assurya çarları ilə daimi mübarizə aparmışlar. E.ə. I minilliyin əvvəlində lulubilərin yerləşdiyi ərazi Zamua adı ilə məşhurlaşmış, sonra isə bu ərazinin bir hissəsində mannalılar yüksəlir. Bu ad altında görünür bir neçə qohum tayfalar birləşir. Ancaq sonrakı dövrlərdə də, Manna dövlətinin çiçəkləndiyi dövrdə, bu ərazi “Lullume” adlanmaqda davam edir. E.ə. I minilliyin əvvəlindən Cənubi Azərbaycan ərazisində dövlətin formalaşması prosesi gedir. E.ə. IX əsrin ortasından burada Manna çarlığı fərqlənməyə başlayır. Urmiya ətrafı hövzədə e.ə. IX əsrin ortalarından başlayaraq Midiya dövlətinin yaranmasına kimi əsas siyasi qüvvə yerli əhalini birləşdirən Manna dövləti olmuşdur. Manna dövlətinin əhalisinin dil mənsubiyyətini hələlik müəyyən etmək mümkün olmamışdır. Bir qrup alimlər onu hurrit dilinə aid edir. Manna dövləti meydana gələnə kimi onun yerləşdiyi ərazidə bir neçə “çarlıqlar” mövcud olmuşdur. Urmiya gölündən cənubdakı ərazidə uzun müddət Zamuanın da adı çəkilir. Urmiya gölünün qərb sahi-lində Gilzan vilayəti müstəqil çıxış edir. İlk dəfə Gilzan adına Assuriya çarı II Turikilti-Ninutının salnamələrində rast gəlinir. Er.əv. 890-884-illərdə Gilzan ölkəsi Assuriyaya tabe olsa da burada görünür çar hakimyyəti saxlanılmışdır və ölkə vergi vermişdir. Bu dövlət birlikləri Assuriya kimi qüdrətli dövlətə qarşı daimi mübarizə aparmışlar. Bu isə onların qüdrətli dövlət birləşmələri olduğunu sübut edir. Bu dövlət birləşmələrinin ərazisində nəhəng möhkəmləndirilmiş qalalar olmuşdur. Artıq e.ə. I miniliyin əvvəlində Urmiya gölü ətrafı ərazidə şəhər-qalaların olması və ayrı-ayrı vilayətlərin birliyi üçün şərtlər Manna dövlətinin yaranması üçün şərait yaratdı. Mannanılar adı ilk dəfə er.əv. 843-ci ildə III Salmanasar dövründə “Minni” formasında çəkilir. Öz hökmranlığının 16-cı ilində er.əv. 843-ci ildə III Salmanasar yürüşlərini təsvir edərək məlumat verir ki, daxili Zamuada yaşayış məskənini tutaraq o, Munna ölkəsinə çatır. Ancaq burada Mannanı tutması barədə heç bir məlumat verilmir. Təkçə 14-ildən sonra, er.əv. 829-cu ildə Mannanın adı III Salmanasarın qarət etdiyi ölkələr içərisində çəkilir. Ancaq Mannanın Assuriyaya tabe edilməsi barədə məlumat verilmir, görünür III Salmanasar vergi almaqla kifayətlənmişdir. III Salmanasar dövründən mənbələr Manna çarları və ölkənin paytaxtı zirta sonralar İzirtu barədə məlumat verir. Çar Udakidən sonra Manna çarı İranzunun adı er.əv. 718-ci ildə Assuriya mənbələrində xatırlanır. Bu vaxtdan başlayaraq II Sarqonun məlumatlarından görünür ki, Mannadə çar hakimyyəti nəsillikçə keçmişdir. Aza və Ullusunu İranzunun oğlanları olmuşlar. Ahşeridən sonra Mannanı onun oğlu Uallı idarə etmişdir. Mannada dövlətin başında vərəsəlik hüququna malik çar dururdu. Dövlətin ərazisi vilayətlərə bölünür, onların başında isə çarın təyin etdiyi adamlar - çanişin dururdu. Mannada çarın hakimyyəti görünür ki, ağsaqqallar şürası olmasına baxmayaraq qeyri-məhdud olmuşdur. Bu çarın tərəfdarları və əleyhidarları arasında daimi mübarizəyə səbəb olurdu. Çar hakimyyətinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı Mannaya Yaxın Şərqdə ən güclü dövlətlərdən biri olmaqa imkan verir. Manna ilə qonşu olan vilayətlər ona tabe olur və ya asılı vəziyyətə düşürlər. Manna çarı Ullusunun dövründə Urmiya gölünün cənub-şərqində yerləşən Missi vilayəti Mannaya birləşdirilir və onun sərhədlərində Sirdakka, Zirdiakka qalası tikilir. Manna çarı Ahşerinin dövründə isə Allabriya vilayəti şumerlər ilə birlikidə işğal olunur. Mannanın şərq sərhədlərində Qızılbund vilayəti yerləşirdi. Bu vilayət Mannanı Midiyalılıradan ayırırdı. Müasir Manna-Ərdəbil şəhərləri rayonunda Zikirtu vilayəti yerləşirdi.Bu vilayət Mannadan asılı olmuşdur. Vilayətin Parda adlı çar şəhəri olmuşdur. Mannanın şərq sərhədlərində ən uçqar vilayət Andia olmuşdur. Manna dövləti özünün güclü vaxtı Andianı Assuriyalılardan almış və özünə tabe etmişdi. Mannaya tabe olan vilayətlər içərisində Uişdiş vilayətinin də adı çəkilir. Bu vilayət müasir Marağa rayonu ərazisində yerləşmişdir. Mannanın şimal sərhədlərində Subi və Sanqibutu vilayətləri yerləşmişdi. Mannanın cənub-şərq torpaqları Midiyalıların torpaqları ilə həmsərhəd idi. Midiya tayfa ittifaqlarının adı ilk dəfə er.əv. 834-cu ildə III Salmanasar tərəfindən çəkilir. Mannanın qərbində qorxulu düşmən Urartu yerləşmişdi. Çar Minuadan başlayaraq er.əv. təqribən 810-781-ci illər Urartu çarları Manna barədə danışırlar. Minuanın oğlu I Arkişti er.əv. təqribən 786-764-ci illər və II Sardur er.əv. təqribən 760-730-ci illər dövründə Urartu çarlarının Manna vilayətlərinə qarşı yürüşləri ardıçıl xarakter daşıyır. Eyni zamanda Manna dövləti də Urartuya qarşı tez-tez çıxış edirdi. Manna dövlətinin öz qonşuları ilə daimi mübarizə etməsi onu zəiflədirdi. Ancaq buna baxmayaraq Manna güclü qonşuların bir-biri ilə vuruşmasından istifadə edərək öz ərazisini genişləndirməyə nail olurdu. Manna dövləti özünün çiçəklənmə dövrü çar İranzunun hakimyyətinin əvvəlində və ondan əvvəlki çarlar dövründə keçirmişdir. Təqribən er.əv. 719 və ya 716-cı ildə İranzunun ölümündən sonra onların oğlanları arasında mübarizə başlanır. Onun böyük oğlu Aza taxta çıxır və atasının Assuriyapərəst siyasətini davam etdirir. Ancaq o tezliklə öldürülür və Urartunun köməyi ilə onun qardaşı Ullusunu taxta çıxır. Assuriya isə bununla barışmayaraq Mannaya hücuma kecir və ölkəni qarət edir. Ullusunu Assuriya tərəfə keçməyə məçbur ilur və Assuriyanı Urartu ilə müharibədə müdafiə edir. Mannalılar Assuriya ordusunu taxıl məhsulları ilə, at, iri və xırda buynuzlu mal-qara ilə təmin edirdilər. Assuriyanın müharibədə Urartunu məğlub etməsi Mannaya öz sərhədlərini genişləndirməyə imkan verir. Mannanın möhkəmlənməsi ona hətta Sarqonun varisləri dövründə Assuriyanın bəzi vilayətlərini tutmağa imkan verir. Ahşerinin dövründə Mannalılar skiflərlə birlikdə Assuriyaya qarşı çıxırlar və ona qələbə çalırlar Ahşerinin adına biz Assuriya hökmdarı Asarxaddonun (Er. əv. 680-669-cu illər) məlumatlarında rast gəlirik. Assuriya ilə mübarizədə Ahşeri kimmerlər və skiflərin köməyindən istifadə etmişdir. Ahşerinin dövründə Manna Assuriya hökmdarı Aşurbanipalın er. əv. 669-627-ci illər hücumuna məruz qalır. Daxili ziddiyyətlər nəticəsində zəifləyən (er. əv. 660-659-cu ildə) Manna məğlubiyyətə məruz qalır və assuriyalılar mannalıların tutduğu Allabria vilayətini və Assuriya ilə qonşu olan digər əraziləri geri qaytarırlar. Bu məğlubiyyətdən sonra mannalılar Ahşeriyə qarşı çıxış edirlər və onu öldürürlər. Taxta onun oğlu Ualli çıxır və o, Assuriyanın qələbəsini tanıyır və ona xərac verir. Manna dövləti Assuriyanın er.əv. 616-cı ilə kimi müttəfiqi olaraq qalır və Assuriya-Babil müharibələrində Assuriyanın tərəfində vuruşur. Assuriyanı hələdiçi məğlubiyyətə uğradan Midiyalılar Yaxın Şərqdə güclü dövlət yaradırlar. Onlar təqribən er.əv. 615-610-cu illər artasında Manna dövlətini də özlərinə tabe edirlər. Manna dövlətinin son dəfə adı çəkilən yazılı mənbə Bibliyadır. Kitabda er.əv. 593-cu ildə Midiyalılarla birlikdə Urartu, Manna və skiflər Babilistana qarşı çıxış etməyə çağrılır. Yazılı mənbələr və arxeoloji materiallar (həsənli, Ziviya, Göytəpə və s.) Mannanın iqtisadi cəhətdən yüksək inkişafını sübut edir. Təsərrüfatın əsas növləri əkinçilik və maldarlıq olmuşdur. Atçılıq mühüm yer tuturdu. Geniş süni suvarma şəbəkəsi bağçılır və üzümçülüklə məşğul olmağa şərait yaradırdı. Mannada sənətkarlıq, metalişləmə geniş inkişaf etmişdi. Ziviya dəfinəsi, həsənludakı qızıl, gümüş və tunc əşyalar, dulusçuluq qara rəngli şürələnmiş keramika və şəhərsalma texnikasında Assuriya reyelfləri və həsənluda aşkar olunmuş saray kompleksi yüksək ustalığa nail olmuşdur. Mannada çoxlu şəhər müdafiə qalaları mövcud olmuşdur. Ehtimal ki, Mannada Assuriya mixi yazısına bənzəyən yazıdan istifadə olunmuşdur. Mannalıların formalaşmasında qədim yerli əhali kuti və lulubi tayfaları əsas rol oynamışlar. E.ə. I miniliyin əvvəllərində Mannanın tərkibində huri elementləri gücləndi. Sonralar bu əraziyə köçmüş irandilli tayfalar Mannaya qüvvətli təsir göstərir. Mannanılar təbiət qüvvələrinə sitayiş edir və allahlara qurban verirdilər. Mannada allahlar panteonu mövcud olmuşdur. Etiqadlarında həyat şəçərəsinə sitayiş də mühüm yer tuturdu. Mannalılar azərbaycanlıların əçdadlarından biri olmuşlar.

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin