Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə23/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   19   20   21   22   23   24   25   26   ...   101
Nəticə

İslam Şərqində və Qərbdə fəlsəfi düşüncənin ideya xəttinin inkişafına və strukturuna nəzər saldıqda belə məlum olur ki, bu iki fəlsəfi düşüncənin müqayisəsində birinin başlangıcı o birisinin sonu ilə daha çox uyğunluq gös­tərir. Bir az daha dəqiq desək, İslam Şərqindəki fəlsəfi düşüncənin baş­lan­ğıcı Qərb fəlsəfəsinin ancaq sonu ilə, sonu isə Qərb fəlsəfəsinin ancaq baş­lanğıcı ilə müqayisə oluna bilər. İslam Şərqindəki fəlsəfi düşüncənin in­ki­şaf istiqaməti kəsrət, yəni çoxluq şəklində mövcud olan və bütövün ancaq mü­əyyən aspektlərini ifadə edən müxtəlif fəlsəfi cərəyanların vahid bir fəl­səfi sistemdə birləşməsinə və vəhdət təşkil etməsinə yönəlmişdir. Qərb dü­şün­cəsinin inkişaf istiqaməti isə əsasən vəhdətin parşalanmasına, həqiqətin ayrı-ayrı aspektlərini ifadə edən müxtəlif fəlsəfi cərəyanların yaranmasına və nəhayət nisbiləşən həqiqət anlayışına yönəlmişdir. Arıstotelin “Vahid fik­rən, çoxluq isə hissi qavranılanlar kimi mövcuddur” [2, 67] fikri Şərq və Qərb düşüncəsinin xüsusiyyətlərini anlamaq baxımından böyük əhəmiyyət da­şıyır. Bütövü və Vahidi dərk etməyə yönəlmiş Şərq düşüncəsi bu is­ti­qa­mət­də idrak səviyyələri başda olmaqla bütün bəşəri imkanları bir araya gə­tir­məyə çalışdığı halda, Qərb düşüncəsinin özəlliyi olan “hissi-empirik me­tod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb edir” [14, 8].

Nə ənənəvi vəziyyəti ilə klassik Şərq fəlsəfəsi, nə də bu günki Qərb fəl­səfəsi müasir dünyamızın qarşılaşdığı problemləri, o cümlədən mənəvi prob­lemləri həll etməyə qadirdir. Bu nə Şərq fəlsəfəsinin, nə də Qərb fəl­sə­fə­sinin əhəmiyyətini və azaltmağa yönəli bir fikir deyil. Həm Şərq fəlsəfəsi, həm də Qərb fəlsəfəsi fəlsəfə spektrində mövcud olduğu məqamı mü­kəm­məl şəkildə təmsil etmişdir. Bu spektrdəki müxtəlif fəlsəfi paradiqmaların xü­susiyyəti insanın təbiətlə Allah arasındakı mövqeyi ilə müəyyənləşir. İs­lam Şərqindəki fəlsəfi təfəkkürdə insan bu iki qütbün (ilahi həqiqət və tə­bi­ət) tam ortasında yer alırdı və təsadüfi deyildir ki, İslam fəlsəfəsinə aid bir çox fəlsəfi təimlərdə insan ilahi varlıqla kainat arasında bir bərzəx (keçid) ki­mi götürülür. Bu kontekstdə, uğurlu bir bənzətməyə müraciət etsək, İslam dün­yasında elm və din arasındakı münasibət siam ekizləri arasındakı mü­na­si­bətə bənzəyirdi; “həm doğma bağlarla əlaqəli idilər, həm də bir-birinə ma­ne olurdular.” [4, 38] Qərbdəki fəlsəfi təfəkkürdə isə insan, təbiət qütbündə yer alır və ilahi, mənəvi meyarlara inkarçılıq mövqeyindən yanaşılır.

Bu gün bəşəriyyəti xilas edəcək fəlsəfi düşüncə fəlsəfə spektrindəki ay­rı-ayrı məqamları yox, bütün spektri ehtiva edən bir fəlsəfi təfəkkürə əsas­lan­malıdır. Bu fəlsəfədə haqqında danışdığımız iki qütb (ilahi həqiqət və tə­biət) arasındakı istənilən nöqtə insan (həm subyekt, həm də obyekt olaraq in­san) üçün açıq saxlanılmalı, lakin bu nöqtələrdən heç birisi ayrıca və ta­mamən müstəqil bir fəlsəfi sistem kimi yox, iki qütb arasında mövcud olan bütün spektrin bir hissəsi kimi götürülməlidir. Yalnız bu cür fəlsəfə üzərində qurulan bir sivilizasiya bəşəriyyətin eyni zamanda həm fərdi, mənəvi, ictimai və maddi rifahını istənilən səviyyədə təmin etməyə qadir olacaqdır.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin