Daosizm, dzen-buddizm və islam mistikasında
“ölməzlik” ideyası
(xülasə)
Ölməzlik ideyası qədim ruhi-mənəvi təlimlərdən qaynaqlanır. Bütün xalqlarda bu ideya insanda mənəvi başlanğıcın qorunub-saxlanmasına yönəlir. İki aləmin qarşılıqlı təsiri yalnız mənəvi əlaqə sayəsində həyata keçir və yalnız bu cür mənəvi əlaqə bəşəriyyətin xoşbəxt gələcəyinin bələdçisi ola bilir.
Daosizmdə və islam mistikasında kamil insan idealında Həqiqəti mənimsəməyə can atan, ölməzlik axtarışında olan və dünyanın gizli kəşfi vasitəsilə mənəvi inkişaf yoluna qədəm qoyan insan çıxış edir.
Azadolmanın çin yolu olan daosizm hind buddizmi Maxayana ilə qovuşaraq dzen-buddizmi meydana gətirmişdir. Məqalədə daosizmin ölməzlik təlimi ilə hissi kosmosu sakrallaşdıran və həyatı ali dəyər hesab edən çin dünyaduyumu arasında sıx əlaqələrin olduğu qeyd olunur.
Açar sözlər: ölməzlik, mistika, daosizm, buddizm
Dostları ilə paylaş: |