Türkiyə telekanallarında fəlsəfi söhbətlər
Fevralın 24-də professor Səlahəddin Xəlilov Türkiyənin TRT-2 telekanalında yayımlanan “Ekogün” proqramının canlı yayım qonağı olmuşdur. Yarım saat davam edən proqramda S.Xəlilov Gazi Universitetinin iqtisadi elmlər fakültəsinin müəllimi, sosiologiya doktoru Erdinc Yazıcı ilə birgə qloballaşma prosesində Türk dünyasının iqtisadi problemləri və qarşılıqlı iqtisadi əlaqələrinin perspektivləri mövzusunda fikir mübadiləsi aparmışlar. Qloballaşma prosesində Azərbaycanın neft strategiyasının uğurlarından danışan S.Xəlilov həmçinin Xocalı soyqırımı mövzusuna toxunmuş, bu böyük faciəyə dünyanın biganə qalmasını ikili standartların mövcud olması kimi səciyyələndirmişdir.
Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində professor Səlahəddin Xəlilov “Səs TV” kanalının “Erdinc Yazıcı ilə Konuşulmayanlar” proqramının qonağı olmuşdur. Verilişin aparıcısı Gazi Universitetinin iqtisadi elmlər fakültəsinin müəllimi, sosiologiya doktoru Erdinc Yazıçının qloballaşma prosesində Türk dünyasının qarşılaşdığı problemlər, Şərq-Qərb problematikası, Türk dünyasında fəlsəfə mövzusundaki suallarına verilişin izləyiciləri S.Xəlilovun çox məzmunlu və geniş mülahizələrini eşitmə fürsəti əldə etdilər .
Verilişin digər qonağı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti Əbülfəz Süleymanlı türk dünyası sosioloqalrı arasında əlaqələrdən və Türk dünyası ölkələrinin qarşılaşdığı ictimai problemlərdən danışdı.
“Ümumvəhdət fəlsəfəsi və müasir elm”
Dostları ilə paylaş: |