Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə69/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   65   66   67   68   69   70   71   72   ...   101
Düyün nöqtələri
Zaman oxunda önəmli olan nöqtələr. Düyün nöqtələri. Başlanğıclar.

Başlanğıcdan ayrılmalar.

İnsanın «Mən»ində – Eqo-da müəyyən bir anda ancaq bir ruh forması ola bilər.

Ancaq bir ruh (forması) konkret bir insanda lokallaşa bilər, hissi dünyaya çıxış tapa bilər…

Yox, əslində ruhla dolmaq, «yüklənmək» – bədənin ruhla yüklənməsi hələ ruhun realizasiyası deyil.

Ruhun hansı isə bədəni doldurması, yaxud fikrin hansı isə insan beyni vasitəsilə cövlan etməsi hələ maddi realizasiya deyil. Söhbət ondan gedir ki, eyni bir vaxtda «insanın içi» ruhun ancaq bir forması ilə dola bilər… Yəni insan fikirləşirsə – fikir tərəfindən zəbt edilirsə, – onda hansı isə hisslə, əhvalla, nəfslə dola bilməz…

Nəfslə dolubsa, hansı isə istəyin (hissi istək – bədən ideyasının yönlənməsi – bədənin yönlənməsi – nəfsin «insan» üzərində qələbəsi… Söhbət heyvani nəfsdən gedir…)

Heyvani nəfs və fikir (əql) – «düşüncəli nəfs» eyni vaxtda bədənə hakim ola bilməz.

Onlar bir araya gələ bilməz, bir yerə sığmazlar.

Lakin bədənin (beyinin), «Mən»in ancaq fikirlə və ya ancaq nəfslə dolması mümkündürmü? Bəli!

Bəs, əksinə, hər ikisi ilə qismən dolması, müştərək realizasiya (bə­dənin timsalında zaman-məkan kontiniumuna sahib olma) mümkündürmü?

Hər ikisi tam oturuşmayıbsa – aralarında mübarizəmi gedir?

Yaxud iki fərqli hiss, yaşantı, iki fərqli nəfs durumu (lokallaşma), “nəfs – nəfs” matrisasından konkret bir durum. Nkl
Yaxud iki fərqli fikir eyni vaxtda insana hakim kəsilə bilərmi? Bəs qis­mən fikrə qərq olmaq? Digər fikirlər üçün “boş yer” qalırmı? Fikirlədən bi­ri insanı tam zəbt edənə qədər (tam qələbə) “hakimiyyət uğrunda” mü­ba­ri­zə gedirmi?

Bəs fikir başqa fikirlərə necə yol açır?

Fikirlər duyğulara aparırmı?

Duyğular fikrə aparırmı?

Ağıldan qaynaqlanan iradə (fəaliyyət) və hissdən (nəfsdən) qaynaqlanan iradə (fəaliyyət) nə ilə fərqlənir?

Fikrin məqsəd məqamı!




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin