Bütöv və hissə
Vahidə, vəhdətə yol!
Bütöv sistemin makrostrukturu – makroideya, yekun məqsəd.
Sovet dövründə müəyyən bir texniki sistemin (tutaq ki, kosmik raketin, peykin və s.) ayrı-ayrı hissələrini müxtəlif bölgələrdə, müxtəlif institutlarda, laboratoriyalarda sifariş verirdilər. Hərə bir detalı düzəldir, hərə bir eksperiment qoyur, bir hesablama aparır və bütün bunların əslində nə üçün lazım olduğunu, necə birləşdiyini və daha hansı detalların çatmadığını, yekun funksiyasının nədən ibarət olduğunu ancaq Mərkəzdə (və bəzən ancaq bir adam) bilirdilər.
Bu – sirrin qorunması, xaricə satıla bilməməsi üçün də bir şərt, təhlükəsizlik tədbiri idi.
İndi, gəlin bütövlükdə dünyanın quruluşuna baxaq. Xüsusi elmlər cismani aləmin ayrı-ayrı hadisələrini öyrənirlər… Bu hadisələr də daha mürəkkəb bir sistemdə əlaqələnərək daha böyük bir hadisənin elementləri və ya alt-sistemləri olur… Lokal sistem daxilində proqnozlar…
Bəs bütün dünyanın həm alt qatlardakı, həm makrosəviyyədə, həm meqasəviyyədə strukturunun daxili və xarici əlaqələrini, digər tərəfdən bunların ruh aləmi ilə əlaqəsini eyni vaxtda bilmək mümkündürmü? Hər hansı bir bəni-adəm belə bir qüdrətə malikdirmi?
Çünki keçmişin də təfərrüatlarını, motivlərini, hadisələrin həqiqi gedişatını bilmək və o vaxtın konkret situasiyalarından çıxış edərək səbəbiyyət əlaqələrini düzgün müəyyənləşdirmək üçün məhdud biliklər kifayət etmir. Tam biliklərə isə insan malik deyil. Xüsusən də insanların içərisindən gələn motivləri bilmək və mələklər aləminin təsirlərini bilmək insan üçün qeyri-mümkündür.
Bəs bütün bunları hər halda bilmək mümkündürmü və bütün bunları kim bilir?
Yalnız Allah!
Biz də qismən, lokal zaman-məkan kontingentində və məhdud əlaqələr zəncirini, səbəbiyyət əlaqələrini bilmək qabiliyyəti insana da verilmişdir. Bunu Allah özü ona əta etmişdir.
Hər bir adam müəyyən bir sahəni, müəyyən bir dərəcədə bilə bilər. Bəs bunları xüsusi bir yolla toplamaq mümkündürmü? Və bu zaman cəm nə dərəcədə mükəmməl ola bilər?
Elm institutu – fərdi biliklərin xüsusi qaydada toplanması institutudur.
Bu toplama nə dərəcədə bütövə gətirib çıxara bilər?
Ayrılanlar yenidən necə birləşə bilərlər?
Dostları ilə paylaş: |