Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə79/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   75   76   77   78   79   80   81   82   ...   101
Güllər haqqında fəsil

44

Bu yerə və Yamanın1 aləminə və bu tanrılar dünyasına kim qalib gələcək? Yaxşı təlim olunmuş dhamma yolunu kim tapacaq, müdrik gülü tapan kimi?



45

Şagird qalib gələcək bu yerə – Yamanın aləminə və bu tanrılar dün­ya­sı­na. Şagird tapacaq yaxşı təlim olunmuş dhamma yolunu, müdrik gülü tapan kimi.

46

Bu bədənin köpüyə bənzər olduğunu bilən, onun ilğım təbiətini anlayan, Maranın güllərlə bəzədilmiş oxlarını sındıran kəs, qoy, ölüm səltənətinin hakimi üçün görünməz şəkildə keçsin.



47

Gül dərən, ağlı pərdəli olan insanı isə ölüm oğurlayır, yatmış kəndi sel yuyub aparan təki.

48

Gül dərən, ağlı pərdəli olan, hissi əyləncələrə doyumsuz olan insanı isə ölüm özünə müti edir.



49

Necə ki, arı gülü, onun rəngini və ətrini zədələmədən şirələnib uçur, qoy, müdrik də özünü kənddə elə aparsın.

50

Qoy, o başqalarının nöqsanlarına, elədikləri və eləmədiklərinə baxmasın, özünün elədiklərinə və eləmədiklərinə baxsın.



51

Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl etmirsə, faydasızdır, xoş rəngli, lakin ətirsiz gözəl bir gül kimi.

52

Yaxşı deyilmiş söz, əgər insan özü ona əməl edirsə, məhsuldardır, xoş rəngli və ətirli gözəl bir gül kimi.



53

Bir topa güldən çoxlu çələng hörmək mümkün olduğu kimi, beləcə ölümlü də doğulanda çoxlu xeyirli əməllər edə bilər.

54

Güllərin ətri küləyin əksi istiqamətində yayılmır, sandal ağacında da belədir, taqarda1 da, jasmində də. Salehlərin ətri isə küləyin əksi istiqamətində də yayılır. Xeyirxah insan hər yerə nüfuz edir.



55

Sandal ağacı, yaxud taqara, şanagüllə, yaxud vassika1 – onların ətirləri içərisində ən üstün olanı – xeyirli əməllərin ətridir.

56

Taqaranın və sandal ağacının buraxdığı bu ətir zəifdir. Tanrılar arasında əsən xeyirli əməllərin ətri isə – ən yaxşısıdır.



57

Nəciblərin, ciddiliklə dolanların və kamil bilik vasitəsi ilə azad olanların cığırlarını Mara tapa bilmir.

58-59

Böyük yola tökülmüş zibil yığınında şirin ətirli və ağılı şadlandıran şa­na­güllə çiçəyi bitə bildiyi kimi, beləcə, həqiqətən nurlanmışın şagirdi də kor bəsitlər arasında, zibilə bənzər məxluqlar arasında, öz müdrikliyi ilə seçilir.





  1. Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin