Nə Mara Brahman1 ilə, nə tanrı, nə qandharva2 bu insanın qələbəsini məğlubiyyətə çevirə bilməyəcək.
106
Qoy kimsə yüz il ərzində hər ay min dəfə qurbanvermə ayini yerinə yetirsin və qoy bir başqası özünü kamilləşdirənə heç olmazsa bir anlığına təzim etsin. Həqiqətən, belə ehtiram yüz illik qurbanvermədən daha yaxşıdır.
107
Qoy insan yüz il meşədə odun qırsın və qoy o bir anlığına da olsa özünü kamilləşdirənə təzim etsin. Həqiqətən, belə ehtiram yüz illik qurbanvermələrdən daha yaxşıdır.
108
Bu dünyada xeyirxah adam il ərzində sədəqə və nəzir kimi qurban versə də, bütün bunlar qara qəpiyə də dəyməz; saleh həyat tərzi yaşayanlara hörmət daha yaxşıdır.
109
Mərifətli olan və qocalara həmişə hörmətlə yanaşan insanda dörd dhamma böyüyür: həyat, gözəllik, xoşbəxtlik, qüvvət.
110
Xeyirxah və özünə dalmışın bir günü qüsurlu və pozğun insanın yüz illik mövcudluğundan daha yaxşıdır.
111
Müdrikləşmiş və özünə dalmışın bir günü cahil və pozğun insanın yüz illik mövcudluğundan daha yaxşıdır.
112
Qaynayan enerjiyə malik birisinin bir günü tənbəl və enerjidən məhrum insanın yüz illik mövcudluğundan daha yaxşıdır.
113
Əvvəli və sonu görənin bir günü əvvəli və sonu görməyən insanın yüz illik mövcudluğundan daha yaxşıdır.
114
Ölümsüz yolu görənin bir günü ölümsüz yolu görməyən insanın yüz illik mövcudluğundan daha yaxşıdır.
115
Ali dhammanı görənin bir günü ali dhammanı görməyən insanın yüz illik mövcudluğundan daha yaxşıdır.