Öz məninin xoş olduğunu bilən, qoy özünü diqqətlə qorusun. Müdrik gecənin üçdə birini oyaq qalmalıdır.
158
Qoy o əvvəlcə özünü lazımi hala gətirsin. Sonra isə başqasını da öyrətmək olar. Müdrik yoldan azmayacaq.
159
Başqasına öyrətdiyinə özü də əməl etsin. Özünü tam ram edərək o başqalarını da ram edə bilər. Həqiqətən də, özünü ram etmək çətindir.
160
Axı öz məni – özünə ağadır, daha kim ağa ola bilər ki. Öz mənini tam təslim edən insan çətin tapılan ağanı tapmış olur.
161
Şər özü doğulub, özü yaranıb. O, axmağa qalib gəlir, almaz qiymətli daşa qalib gələn kimi.
162
Lap pis xasiyyəti olan kəs özü ilə düşməninin ona arzulaya biləcəyi tərzdə davranır. O, sal1 ağacını saran maluvanı2 xatırladır.
163
Pis və özü üçün zərərli işləri görmək asandır. Yaxşı və faydalı işləri görmək isə yüksək dərəcədə çətindir.
164
Qüsurlu baxışlara görə nəcib, dhamma əsasında yaşayan Arhatların təliminə nifrət edən axmaq katthaka3 kimi meyvə verir – yalnız özünü məhv etməklə.
165
Zira insan zülmü özü edir, özü də özünü çirkaba bulaşdırır. Zülmü eləməyən də özüdür və özü də özünü təmizləyir. Təmizlik və çirkab insanın özü ilə bağlıdır. Heç kim başqasını təmizləyə bilməz.
166
Qoy o öz xeyirini az sanmasın, başqasının xeyiri nə qədər böyük olursa-olsun. Öz xeyirini dərk edərək, qoy o ali xeyirə sadiq olsun.