Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə65/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   61   62   63   64   65   66   67   68   ...   101
mövzusunda elmi-nəzəri seminar

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bi­nasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon­­dunun və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) bir­gə təşkilatçılığı ilə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” möv­zu­sunda ikigünlük elmi-nəzəri seminar keçirilmişdir.

Azərbaycanın tanınmış fəlsəfə tədqiqatçısı, “Şərq fəlsəfəsi prob­lem­lə­ri” jur­na­lı­nın baş redaktoru, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Züm­rüd Qu­­lu­zadənin belə bir seminarın keçirilməsi ilə bağlı irəli sürdüyü tə­şəbbüs Azər­baycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon­du və AMEA FSHİ tərəfindən dəstəklənmişdir.

Tanınmış tədqiqatçıların və təbiətşünas alimlərin iştirak etdikləri se­mi­narı AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (FSHİ) di­rek­toru İl­ham Məmmədzadə açmış və bildirmişdir ki, tədbirin əsas məqsədi müştərək im­kan və səylərdən istifadə etməklə gələcək tədqiqatlar üçün fəl­sə­fi meto­dologiya axtarmaq, müxtəlif elmləri təmsil edən alimləri vahid mövzunun mü­zakirəsi ətrafında birləşdirmək, intellektual və mənəvi tək­mil­ləş­mə im­kan­larının genişləndirilməsinə nail olmaqdır.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, bu­günkü seminarın fəlsəfənin aktual problemlərinə həsr olunması son vaxt­lar cəmiyyətdə elmin rolunun getdikcə artmasının əyani təzahürüdür.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ic­raçı direktoru Elçin Babayev artıq keçid dövrünü başa vurmuş və qlobal­la­şan dünyanın bir hissəsi olmağa çalışan ölkəmizdə bu cür seminarların təş­ki­­linin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Şərq-Qərb konsensusunun getdikcə aktuallaşdığı müasir şəraitdə fəlsəfə elminin üzərinə mühüm vəzifələr düşür və bu seminar həmin məqsədin re­al­laş­masına xidmət edəcəkdir.

Sonra seminarın birinci, ikinci və üçüncü sessiyaları çərçivəsində möv­­zu ətrafında məruzələr dinlənilib müzakirə edilmişdir. FSHİ-nin baş el­mi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə “Vəhdət fəlsəfəsi müasir elm və sosiomədəni inkişaf baxımından”, Paris Cərrahlar Akademiyasının üz­­vü, professor Cavad Heyət “Molla Sədrada hərəkəti-cövhəri və vəhdəti-vü­­cud”, AMEA Fizika İnstitutunun proqram rəhbəri, akademik Maqsud Əliyev “Fəlsəfədə ümumvəhdət konsepsiyası və fizika”, AMEA İqtisadiyyat İns­titutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev “İqtisadi nə­zəriyyələrin təkamülündə ümumvəhdət metodologiyasının yeri”, AMEA FSHİ-nin direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Müasir dövr­­də fəlsəfə və elmin qarşılıqlı münasibəti” mövzularında məruzələrlə çıxış etmişlər.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin