f.e.d. Adil ƏSƏDOV
Daosizmin feminin
xüsusiyyətləri
Oşoya görə fəlsəfə kişi, din qadındır. Eyni məntiqlə Qərbi kişi, Şərqi qadın hesab edənlər də çoxdur.
Görəsən, fəlsəfə və din, eləcə də Qərb və Şərq hansı xüsusiyyətləri, fərqlilikləriylə qadına və kişiyə bənzədilir? Sualımızı tərsinə də çevirə bilərik: Qadın və kişinin hansı xüsusiyyətləri var ki, fəlsəfə və dinlə, həmçinin Qərb və Şərqlə belə paralellər aparmaq mümkün olur?
Burada vurğu daha çox bənzətmə obyektlərinin üzərinə düşdüyünə görə sualımızın ikinci hissəsindən başlayaq.
İnsanların dünyagörüşündə, gerçəkliyi qavrama üsulunda, təfəkkür tərzində davranış və fəaliyyətlərində, problemlərə yanaşma metodunda, qadın və kişi cinslərinə xas olan müəyyən fərqliliklər mövcuddur. Bütün bu fərqliliklərin məcmusunu feminin və maskulin şüur, yaxud feminin və maskulin təfəkkür dixotomiyası kimi ümumiləşdirmək mümkündür.
Latın dilində “femin” – qadın deməkdir. “Femininlik” qadın cinsinə mənsub olan psixoloji xüsusiyyətlərin, əlamət və davranışların mənalandırılmasıdır. (“Femininlik” anlayışının “feminizm”lə əlaqəsi yoxdur.)
Daosizmin əsasını təşkil edən Yin-Yang kosmologiyası (in-yan) hər şeydən öncə feminin xarakteriylə idealist-platonik Qərb dünyagörüşündən və həyat tərzindən fərqlənir.
Matriarxatlıq zamanında meydana gəldiyi güman edilən Yin-Yang təliminə görə feminin ünsür Yin maskulin ünsür olan Yangdan daha təsiredicidir.
Yin-Yang təliminin femininliyiylə Çin mədəniyyətinin bütün sahələrində qarşılaşmaq mümkündür. Bu təlimin inikası özünü gündəlik praktik həyatda, ev quruculuğunda (fen-şuy sənətində), təbabətdə, idmanda, müdafiə və döyüş sənətində, musiqi, rəqs kimi sənət sahələrində, memarlıqda, hətta sevgi sənətındə də göstərir.
Çin mentalitetinin, dünyagörüşünün təməllərini aydınlaşdırmaq üçün, həm din, həm də fəlsəfə kimi gəbul edilən daosizmdə Yin-Yanq kosmologiyasının izahından başlayaq.
Dao hər şeyin qaynağı olan heçlikdir. Bu heçlik ikili obyektiv dünyanın, əksliklər dünyasının mənbəyidir. Bu obyektiv əksliklər feminin Yin və maskulin Yanq anlayışları ilə ifadə olunur. Yin və Yanq kosmologiyasının ehtiva etdiyi mənalar aşağıdakılardan ibarətdir:
-
Dostları ilə paylaş: |