Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə76/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
İstifadə edilmiş ədəbiyyat
1. Lao Tse, Tao Te Ching, 1994, Yol ve erdem kitabı: Söz Söz ve can kitabı. Ankara: Yol yayınları. 158

2. Быков, Ф.С., Зарождение общественно-политической и философской мысли в Китае. М., 1966, 378 c.

3. Дао. Гармония мира, М., Эксмо-Пресс, 2000, 860 c.

4. Конфуций, Уроки мудрости, М., Эксмо «Фолио» Харков, 2008, 958 с.



Dr. Şirinxanım EYVAZOVA


Tərcümələr

Dhammapada1



  1. Qoşa bəndlər fəsili

1

Dhammalar ağılla şərtlənmişlər, onların ən yaxşı hissəsi – ağıldır, onlar ağıldan yaradılmışlar. Əgər kimsə nəyisə çirkli ağılla (sağlam düşüncə ilə) danışır və edirsə, onu bədbəxtlik təqib edir, arabanı dartan öküzün izi ilə təkər gedən kimi.



2

Dhammalar ağılla şərtlənmişlər, onların ən yaxşı hissəsi – ağıldır, onlar ağıldan yaradılmışlar. Əgər kimsə təmiz ağılla danışır və iş görürsə, səadət onu izləyir, geri qalmaq istəməyən kölgə kimi.

3

“O məni təhqir etdi, o məni vurdu, o mənim üzərimdə üstünlük qazan­dı, o məni heç nəsiz qoydu”. Daxilində bu cür fikirlər daşıyanlarda nifrət tükənmir.



4

“O məni təhqir etdi, o məni vurdu, o mənim üzərimdə üstünlük qazan­dı, o məni heç nəsiz qoydu”. Daxilində bu cür fikirlər daşımayanlarda nifrət tükənir.

5

Zira bu dünyada nifrət heç zaman nifrətlə durdurulmur, nifrətin yox­lu­ğu ilə durdurulur. Budur əzəli dhamma.



6

Axı bəziləri bilmir ki, biz hökmən burda öləcəyik. Bunu bilən kəslərdə isə mübahisələr dərhal kəsilir.

7

O kəs ki, ləzzətlərin seyrində yaşayır, hisslərini ram edə bilmir, yeməkdə hədd tanımır, tənbəl və qətiyyətsizdir, – məhz onu Mara1 sarsıdır, gücsüz ağacı külək sarsıdan kimi.



8

O kəs ki, ləzzətlərin seyrinə qapılmadan yaşayır, hisslərini nəzarətdə saxlayır, yeməkdə həddini bilir, iman və qətiyyətlə doludur, – məhz onu Mara sarsıda bilmir, külək daş-qayanı sarsıda bilmədiyi kimi.

9

Sarı libas2 geyən, özü isə çirkabdan təmizlənməyən, həqiqəti, özünü məhdudlaşdırmağı bilməyən kəs sarı libasa layıq deyil.



10

Lakin çirkabdan azad olmuş, fəzilətlərdə möhkəm olan, həqiqət və özünü məhdudlaşdırma ilə dolan kəs məhz o sarı libasa layiqdir.

11

Həqiqəti həqiqətsizlikdə görənlər və həqiqətsizliyi həqiqət sayanlar heç zaman həqiqətə yetişə bilməyəcəklər, zira onların nəsibi – yalançı istəklərdir.



12

Həqiqəti həqiqət və həqiqəqtsizliyi həqiqətsizlik kimi qəbul edənlər həqiqətə yetişəcəklər, zira onların nəsibi – həqiqi istəklərdir.

13

Pis damı olan evə yağış necə daxil olursa, pis inkişaf etmiş ağıla da şəhvət eləcə daxil olur.



14

Yaxşı damı olan evə yağış daxil ola bilmədiyi kimi, yaxşı inkişaf etmiş ağıla da şəhvət daxil ola bilmir.

15

Bu dünyada da şikayətçidir o biri dünyada da. Zülm törədən hər iki dünyada şikayətçidir. O, əməllərinin zülmünü görərək şikayət edir, əzab çəkir.



16

Bu dünyada da sevinir o biri dünyada da. Saleh əməl sahibi hər iki dünyada sevinir. Əməllərinin qüsursuzluğunu görərək sevinir, sevinib qurtara bilmir.

17

Bu dünyada da əzab çəkir, o biri dünyada da. Hər iki dünyada əzab çəkir zülm törədən. “Bu zülmü mən elədim,”– deyə əzab çəkir. Bəlaya düşəndə isə daha çox əzab çəkir.



18

Bu dünyada da şadlanır, o biri dünya da. Hər iki dünyada şadlanır saleh əməl sahibi. “Bu xeyiri mən elədim!”– deyə o şadlanır. Səadətə yetişəndə isə daha çox şadlanır.

19

Insan daim Kitabı təsdiq etsə belə, əgər özü qafildirsə, ona riayət etmirsə, o, başqasının inəklərini sayan çobana bənzəyir. Onun Müqəddəsliyə aidiyyəti yoxdur.



20

Hətta insan Kitabı az təkrarlasa belə, əgər dhammaya uyğun yaşayırsa, ehtirasdan, nifrətdən və cəhalətdən azaddır, həqiqi biliyə və azad ağıla malikdirsə, nə bu dünyada, nə də o biri dünyada bağlılığı yoxdursa, – onun müqəddəsliyə aidiyyəti var.





  1. Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin