Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə77/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   73   74   75   76   77   78   79   80   ...   101
Ciddilik haqqında fəsil

21

Ciddilik – ölümsüzlüyə aparan yoldur. Yüngüllük – ölümə aparan yoldur. Ciddilər ölmürlər. Yüngüllər ölülər kimi bir şeydirlər.



22

Bunu aydın anlayaraq müdriklər – ciddidirlər. Onlar sevinclərini ciddilikdən alırlar. Onlar nəciblərin zəmisində sevinirlər.

23

Düşüncəli, inadkar, daima dəyanətli və müdrik olanlar bağlılıqdan azad və bənzərsiz Nirvanaya yetişənlərdir.



24

Fəal, fikirlə dolu, ehtiyatla iş görən, özünə hədd qoyan, ciddi olan – o kəs ki, əməlləri təmizdir və dhamma əsasında yaşayır, – onun şöhrəti artmaqdadır.

25

Qoy müdrik səylə, ciddiliklə, özünə hədd qoymaqla və nəfsinə sahib olmaqla özünə bir ada düzəltsin ki, onu sel dağıda bilməsin.



26

Cahillər, axmaq adamlar yüngüllüyə meyllidirlər. Müdrik isə ciddiliyi qiymətli xəzinə kimi qoruyur.

27

Yüngüllükdən qaçın, ehtirasdan və həzzlərdən çəkinin, zira yalnız ciddi və düşüncəli olan böyük səadətə qovuşa bilir.



28

Müdrik ciddiliklə yüngüllüyü qovanda, o, qayğısız, müdrikliyin zirvələrinə yüksələrək qüssə ilə xəstələnmiş bəşəriyyətə, dağda durub düzəndəkinə, müdrikin səfehə baxdığı kimi baxır.

29

Yüngüllər içində ciddi, yatanlar içində oyaq olan müdrik yabını ötən kəhər kimi seçilir.



30

Tanrılar1 arasında birinciliyi Maqhavan2 öz ciddiliyi ilə əldə etmişdir. Ciddiliyi tərifləyər, yüngüllüyü isə həmişə lənətləyərlər.

31

Ciddilikdə məmnunluq tapan, yaxud yüngüllüyə qorxu ilə baxan bhikhu3 böyük və kiçik düyünləri yandıran alov kimi özünə yol açır.



32

Ciddilikdə məmnunluq tapan, yaxud yüngüllüyə qorxu ilə baxan bhikkhu yıxılmağa qadir deyil: zira o, Nirvanaya yaxındır.





  1. Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin