Fikir haqqında fəsil
33
Müdrik titrəyən, əsən, kövrək və zorla saxlanılan fikri oxçunun oxu yönəltdiyi tək yönəldir.
34
Sudan çıxardılaraq quruya atılmış balıq kimi əsir bu fikir: təki Maranın hökmündən qurtula bilsin.
35
Zorla saxlanılan, zərif, harda gəldi ilişən fikrin ram edilməsi – xeyirdir. Ram edilmiş fikir səadətə aparır.
36
Qoy müdrik çətin dərk olunan, son dərəcədə incə, harda gəldi ilişən fikrini qorusun; qorunan fikir səadətə aparır.
37
Uzaqlarda dolaşan, tənha avaralanan, qeyri-maddi, ürəkdə gizlənən fikirlərini ram edə bilənlər Maradan azad olacaqlar.
38
Fikri dayanıqsız olanın, həqiqi dhammanı bilməyənin, imanı tərəddüd edənin müdrikliyi kamilləşmir.
39
Qüsursuz fikirdə, hürküdülməmiş fikirdə, xeyir və şərdən imtina etmiş, oyaq fikirdə qorxu yoxdur.
40
Bu bədənin palçıq olduğunu bilərək, bu fikri qalaya çevirərək, qoy o, müdriklik silahı ilə Maranın üzərinə atılsın. Qələbəni qorusun və bağlardan azad qalsın.
41
Eh! Bu bədən yerdə uzun yaşamayacaq, – nəsibsiz, hissiyyatsız, faydasız, odun kimi.
42
Düşmən düşməninə, yaxud nifrət edən nifrət etdiyinə nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini etmək iqtidarındadır.
43
Ana, ata, yaxud başqa bir qohum nə edir etsin, doğru yönəlmiş fikir daha yaxşısını etmək iqtidarındadır.
-
Dostları ilə paylaş: |