Arhatlar1 barədə fəsil
90
Səyahəti başa vuran üçün, kədərsiz üçün, hər baxımdan azad üçün, bütün bağları atan üçün ehtiras qızdırması deyilən şey yoxdur.
91
Müdriklər hicrət edirlər; evdə onlar üçün həzz yoxdur. Öz gölünü tərk edən qu quşları kimi, onlar öz mənzillərini tərk edirlər.
92
Onlar ehtiyat yığmırlar, qidaya onların düzgün baxışları var, onların nəsibi – arzulardan məhrum və heç nə ilə şərtlənməyən azadlıqdır. Onların yolu göydəki quşların uçuşu kimi çətin anlaşılır.
93
Onun arzuları məhv olmuşdur və o, qidaya bağlı deyil; onun nəsibi – arzulardan və şərtiliklərdən azad olan qurtuluşdur. Onun yolu göydəki quşların uçuşu kimi çətin anlaşılır.
94
Onun hissləri arabaçının ram etdiyi atlar kimi sakitdirlər. O, təkəbbürdən imtina etmişdir və arzulardan məhrumdur. Beləsinə tanrılar belə həsəd aparırlar.
95
Torpaq kimi o da çaşqınlıq tanımır; beləcə comərd olan İndranın sütununa1 bənzəyir; o, çirkabsız göl kimidir. Beləsində sansaralar olmur.
96
Onun fikri də sakitdir, sözü də sakitdir, əməli də. Beləcə sakit və azad olan kamil bilik yiyəsidir.
97
O kəs ki, inanmır2 və yaradılmamışı3 bilir, bağları qırmış, təsadüfə son qoymuş, arzulardan imtina etmişdir, – həqiqətən insanların ən nəcibidir.
98
Kənddə, yaxud meşədə, vadidə, yaxud təpədə, – Arhatlar harda yaşasalar, o yer xoş yerdir.
99
Meşələr xoşdur. Başqalarının sevinmədiyi yerdə ehtiraslardan məhrumlar sevinərlər, zira onlar hissi həzzləri axtarmırlar.
-
Dostları ilə paylaş: |