Törətdiyi şərin kəffarəsini xeyir işlə verən kəs, bu dünyanı buludlardan qurtulmuş ay kimi işıqlandırır.
174
Kordur bu dünya. Dünyada yalnız az bir qism aydın görə bilir. Tordan qurtulmuş quş kimi, yalnız az bir qism cənnətə düşür.
175
Günəşin yolu ilə səyahət edərlər qu quşları; göydə onlar iddhinın1 köməyi ilə səyahət edərlər. Müdriklər Maranı qoşunu ilə birlikdə məğlub edərək tərk edərlər dünyanı.
176
Yalan danışan, axirətdən imtina edən, bircə dhammaya saymazlıq edən insanın törədə bilməyəcəyi şər yoxdur.
177
Həqiqətən, simiclər tanrıların dünyasına düşmürlər; səfehlər, həqiqətən, sədəqə verməyi təqdir etmirlər. Müdrik isə verərkən sevinir: axı, buna görə o, o biri dünyada xoşbəxtdir.
178
Sotapattinin2 meyvəsi yer hakimliyindən və ya göyə yüksəlməkdən – bütün dünyanın hökmdarı olmaqdan daha yaxşıdır.