Səlahəddin XƏLILOV
Baxış bucağı. Fəlsəfi publisistika
Bakı, “Elm və təhsil”, 2010 – 256 səh.
Kitabda müəllifin 2009-2010-cu illərdə “525-ci qəzet”də “Baxış bucağı” rubrikasında çap olunmuş fəlsəfi publisistik məqalələri (köşə yazıları) toplanmışdır.
Yazılarda mədəni-mənəvi həyatımızın müxtəlif sahələri fəlsəfi təhlil süzgəcindən keçirilmiş, aktual problemlərə münasibət bildirilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Radif MUSTAFAYEV
Orta əsrlər müsəlman sivilizasiyasında bərabərlik problemi
Bakı, "Təknur", 2010-160 s.
Elmi redaktor: əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Cəmil Teymur oğlu Əhmədli
Rəyçilər: fəlsəfə elmləri doktoru Lalə Cəfər qızı Mövsumova, fəlsəfə elmləri doktoru, dos. Aydın Arif oğlu Əlizadə.
Bəşər fikir tarixində həmişə aktual olan bərabərlik probleminin Orta əsrlər müsəlman sivilizasiyasında da araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Kitabda başqa demokrik dəyərlərlə yanaşı bərabərliyin də müsəlman fikrini məşğul etdiyi aşkarlanaraq, müsəlman sivilizasiyasını meydana gətirmiş İslam dinində, Xilafət üsuli-idarəsində, dini va elmi-fəlsəfi fikirdə, o cümlədən də müsəlman mistikasında bərabərlik problemi tədqiq edilmişdir. Orta əsrlər müsəlman sivilizasiyasında cəmiyyətin inkişaf dinamikası, sosial fəlsəfi anlamı müəyyən edilmiş bu kitab tədqiqatçıların, müəllimlərin, tələbələrin, bütövlükdə müsəlman tarixi keçmişimizlə maraqlanan hər bir oxucunun maraq dairəsinə daxil ola bilər.
Dostları ilə paylaş: |