Şahzada Bəhram:
Başına döndüyüm ay ala göz dilbər
Mən düşmişəm bir södayə gəlmişəm
Dərdim artıb günü-gündən sərasər
Əlif qəddim dönüb yayə gəlmişəm.
Mah Ənvər:
Nə dilbərdi səni salub södayə
Mənim tək can gəlməyibdir dünyaya
Səni görcək şükr etdim xudayə
Əcəb düşüb bu diyarə gəlmisən.
Şahzada Bəhram:
Bəhram indi dərdin sənə söylüyər
Namə yazıb sənə bəyan eyliyər
Gül Xandan ağlıyar fəğan eyliyər
Onun içun düşüb bu södayə gəlmişəm.
Mah Ənvər:
Mah Ənvər deyər eşidgilən, bilgilən
Bir söz deyim şad olginən gülgilən
Burada qalıb sən də məni alginən
Əməgin getməsin zayə gəlmisən.
Söz tamamə yetişdi. Şahzada Bəhram bütün əhvalatı Mah Ənvərə bəyan etdi. O gejəni daril imarədə yatıb sabah olcaq amadə oldu. Bu vədə Mah Ənvərdən izn istədi: – “Ey gözəl, daha mən getməliyəm”. Qız gördü ki, Bəhram getmək istiyir. Öz-özünə dedi: – “Ey dil qafil, bəlkə oğlan sənin sözdərini yaxşı başa düşmüyüb, gəl açıq “oğlan məni al” deynən. Bəlkə alıb burda qala.
Mah Ənvər:
Oğlan bir əylən burada
Cavan al məni, al məni!
Sənnən yetim muradə
Oğlan al məni, al məni.
Dostları ilə paylaş: |