Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə58/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   54   55   56   57   58   59   60   61   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Şahzada Bəhram:

Başına döndüyüm pərim

Yola sal məni, sal məni

Sinəm oluf qan dəftəri

Yola sal məni, sal məni.
Mah Ənvər:

Sıtqımı bağlaram xudayə

Sığınnam ali-əbayə

Oğlan, düşmə bu södayə

Cavan al məni, al məni.
Şahzada Bəhram:

Bəhramam saralub sollam

Gər getməsəm yəqin ölləm

Qismət olsa səni də allam

Yola sal məni, sal məni.
Mah Ənvər:

Mən Mah Ənvərəm bilmərəm

Sənsiz şad olub gülmərəm

Hərgiz tərkin qılmaram

Oğlan al məni, al məni.

Söz tamama yetişib hər iki nəfər cəvannar bir-birinə ilqar və­rub şahzada Bəhram dedi: “Hərgah bu səfərdən səlamət qayıtsan on­da səni alacağam”. Pəs: bir-birilə halallaşıb ayrıldılar. Şahzada Xtan vilayətinə tərəf getməgə üz qoydu günə bir mənzil, təyyi-mə­nazil Xtan şəhərini gözünün önünə alıb gedirdi. Gəl sənə kim­dən xəbər verim Xtan şəhərində Gül Xandandan. Onun bavası Alı şahın üstünə yeddi padşahın oğlanları qoşun çəkib gəlmişdilər. Və ha­mısı deyir: “Qızını gərək mənə vərəsən. Hərgah vərməsən tac-təx­tini bad fənayə vərərik.” Alı şah deyir: “Canım mənim bir qı­zım var, o da bir oğlana gedəcək, indi hansınızı istiyir ona getsin mən neyliyirəm. Sizin yeddinizdən də qıza elçi gəlsin, hansı biri­ni­zin üzüyünü qəbul etsə ona verim”. Bu vədəyə yeddi şahın oğ­lan­ları elçi göndərdilər. Gül Xandan isə heç birinin üzüyünü qəbul etmir. Odur ki, şahın oğlanları Xtan şəhərini mühasirə edib göz­ləyirdilər ki, görək bu kimə gedəcək. Hərgah bizdən savayı bir ada­ma getsə həmi o adamı və həm də qızı həlak edib Xtan şəhə­ri­ni bərbad edərik”. Gəl sənə şahzada Bəhramdan xəbər verim. Xu­ra­man-xuraman özünü Xtan şəhərinə yetirdi.

Əhvalatdan xəbərdar olub, şəhərin bir tərəfində bir dərviş­ya­nə çadır qurub öz işinə məşğul oldu. Bu yanda Gül Xandan öz da­ril imarəsində məyus oturdu. Bir gejə böylə qəmgin yatmışdı. Aləm ruyada gördü şahzada Bəhram da bu şəhərin ətrafini əhatə edən qoşunun içindədi. Xabdən bidar olub xacəni istiyib dedi: “Ey xacə, mən bu qoşunu bir təhər ilə bavamın başından da­ğıt­maq istiyirəm. İndi əhvalatı sənə nağıl edim. Sən də gedib o cürə ba­vama söylə: Bavacan səni bu qoşun talan etdi. Onun üçün hər­gah sən mənə izn versən mən bu qoşunu sabah dağı­daram. An­caq mən bir at minib bir qırmızı alma alıb çıxaram bu dəryayi-leşkərin içinə. Hansı bir şahın oğlunu xoşdasam onun çadırına hə­min almanı ataram. O vədə qalanları gedər, mən də həmin oğ­lana gedərəm. Sən də rahat olarsan”.



Xacə əhvalatı tamami ilə şaha ərz edib, şah buyurdu ki, “Çox yaxşı olar. İzn verdim. Get, deginən qız sabah get qoşunun şər­­rini mənim başımdan rədd eyləynən”. Pəs: şahların oğlan­la­rı­na xəbər verdilər ki, qız bu gün qoşun içinə gələcək. Hər kəs öz şahlıq libasını giyib çadırında qərar tutsun ki, hər kimi bəgənsə onun çadırına alma atıb və ona gedəcəkdur. Şah­zadalar bu sözü eşidib özdərinə yeddi qələm ilə zinət verib çadırlarda əyləşdilər. Bir yanda da şahzada Bəhram, dərviş manənd öz çadırında əy­lə­şib. O yannan Alı şahın qızı Gül Xandan özünə on dörd qələmlə zi­nət verib bir zərinşin kəcavədə əyləşib, şahza­da­ların ça­dır­la­rı­na tərəf rəvan oldu. Alma əlində çadırlar arasında dolanırdı. Bu surətlə şahanə çadırları gəzib bir guşədə şahzada Bəhramın çadırına yetişib almaya bir kağız bənd edib Bəhramın çadırına atıb, öz daril imarəsinə getdi. Bu vədə şahzadaların arasında bir kökə düşdü ki, heç görünməmişdi. Öz-özdərinə deyirdilər: bu nə işdi, bizim kimi şahzadaları buraya qoyub bir dərvişə getdi. Ona görə ya gərək ölək və ya bu dərvişi həlak edib qızı zor ilə alaq. Bu yanda şahzada Bəhram şad və xürrəm almanı alıb kağızı oxuduqda gördü ki, Gül Xandan yazıb ki: “Bəhram mən getdim gülşən bağına. Gör gələ bilirsənmi? Bağın açarını da dayaya vermişəm. Səni bağa buraxar ancaq özünü gözlə ki, bu qoşun hər tərəfə qaravul qoyub səni həlak edəllər”.

Şahzada məzmun namədən xəbərdar olub gecə olcax gülşən ba­ğına tərəf getməgə başladı ta inki bağın qapısına yetişib bir qə­dər çust çudan sonra dayayi tapub özünü ona nişan verdi, bağa da­xil oldu. Dayə ilə getdikləri əsnadə iki qaravul şahzadanı gö­rüb dedilər: “Ey adam: getmə görək nəçi karəsən və hara ge­dir­sən”. Da­yə səsləndi ki, “Gül Xandanın dayəsiyəm”. Olar qulaq asmıyıb şah­zadaya tərəf gəlmək istədikdə Bəhram firsəti fotə vermiyib, özünü bulara yetirif hər ikisinin başından bir şəmşir endirib baş­da­rı on qədəm kənarə düşdü. Burdan dayə ilə Gül Xan­danın hi­zu­ru­nə yetişdilər. Hər iki yar mehriban bir-birilə qol-boyun olub bu­sə­­­bazdığa başdadılar. Qız bütün şahzadanın başına gələn qəza və qə­­dəri xəbər aldı. Şahzada təmaminan nağıl elədi. Elə ki savah ol­du, şahzada özünü çadıra yetirdi. Bu minval ilə qırx gün qırx gecə Gül Xandan ilə bir yerdə söhbətə məşğul ol­dular. Gəl sənə kim­nən xəbər verim, yeddi padşahın oğlan­larınnan. Bir gün çuğul bun­lara xəbər vərdi ki, nə yatmısınız? Şahzadalar Bəhram qırx ge­cədi ki, Gül Xandan ilə həm söhbətdur. Şahzadalar bu sözü eşi­dib dedilər: “Çox əcəb!” gejə araya gəlcək Bəhramın yolunun üs­tə tor qoydular. Və bir neçə pəhlivanlar kəmində qoydular. Bu yan­­da şahzada Bəhram bixəbər yarın eşqinə mübtəla olub gejə özü­­nü məhbubəsinə yetirib şirin söhbət ilə hər iki yar mehriban yu­xu­lamışdılar. Birdən Gül Xandan hölnak yuxudan qalxıb dedi: “Şah­zada bu gejə bir hölnak vaqya gördüm. Qulax as söylüyüm. İn­dijə gördüm ki, bir zalım seyyad bir ceyranı dutub əl-ayağı bağ­lı mənim yanımdan aparır, nə qədər iltimas etdimsə burax­madı. Yu­xudan çox qorxuram, şahzada dedi: “Xanım qorxma, Allah bö­yük­dür. Amma intizarə söhbət haramdır, bu saat gün çıxar mənim silahımı gətir gedim.

Pəs hər iki yar vəfadar bir-birini vida edib şahzada öz ça­dırı­na getməyə məşğul oldu. Bir neçə qədəm bağdan kənarə çıxmış­dı ki, hər tərəfdən ləmlifla kimi torlar açılıb şahzada Bəhram o saat to­ra düşdü. Bu vədə zalım pəhlivanlar gəmiynən çıxıb şah­zadanı zəncirlər ilə bənd bəndidən bağlıyıb yeddi şahzadaların hizurunə apardılar. Yeddi şahzadalar dedilər munu asand cəza ilə öldürmək olmaz. Gərək elə əzab ilə öldürək ki, dünyada gö­rül­məmiş ola. Mu­nu deyib hökm etdilər bu saat bir dəvə dərisinə şahzada Bəh­ra­mı salıb yeddi yolun ayrıcına qoyun. Həm dəvə­nin dərisi bədə­ni­ni və həm də gəlib gedən üzünə tüpürsün. Bu su­rət ilə həlak ol­sun. Bə hökm şahzadalar o saat Bəhramın həmin minval ilə dəvə dəri­sinə salıb yeddi yolun ayrıcına qoy­dular. Biçarə Bəhramın gə­lib gedən üzünə tüpürürdü. Mundan əlavə dəvə dərisi şahzadanı elə sıxırdı ki, az qalmışdı həlak olsun.

Gəl sənə Alı şahın qızı Gül Xandandan xəbər verim. Bir ge­jə bir xacə ilə on min dinar pul və yeddi yorğan göndərir ki, bu şey­lə­ri Bəhramın qaravuluna verdiginən və bu on min dinar pulu alıb şah­zada Bəhramın dəvə dərisinin altınnan yeddi yorğa­nı bə­də­ninə bük, onun üstünnən dəvə dərisini çək ki, həlak ol­ma­sın. Xacə yola rə­­van olub özünü bir pinhani caddədən şah­za­danın qa­­­ravuluna ye­tir­di. “Gül Xandan deyən kimi pulu və yorğanı ver­di. Qaravul qə­bul edub şahzadanı yorğannara büküb yenə üzə­­rin­nən dəvə də­ri­­si­ni çəkib öz yerində əyləşdirdi. İndi bu dəvə də­­ri­sində qal­max­da ol­sun. Gəl sənə şahzada Bəhramın qardaşı şah­­zada Hey­dər­dən xə­bər verim. Bir gün məktəbdən evə gəlirdi. Qə­­zadan yol­da bir uşax­­nan dalaşır və töhmətli sözlər ilə uşağı dan­­lıyır. Həmin uşaq qə­­zəblənib Heydərə dedi: “Hərgah sən qoçax və namuslu oğlan­san­­sa qardaşın şahzada Bəhram yeddi ildi bilinmir haraya gedib. İn­di onu gedib tapıb gətirərsən”. Şah­za­da Heydər uşaqdan bu sö­zü eşidib qəzəbnak oluf özünü ana­sı­na yetirib dedi: “Anayi mehriban nə üçün mənnən qardaşım Bəh­­­ramın diyar qürbətə get­mə­­­sini və bir qıza aşıq olmasını giz­də­­­dirsən? Anası Gül Çöhrə xa­­­nım dedi: “Oğlum, yalan sözdü. Nə sənin qardaşın var, nə də di­­­­yar qürbətə gedib. Şahzada Hey­dər and yad etdi ki, hərgah dü­zü­­nü deməsən həm səni və həm də özü­­mü həlak edəcəm. “Bu və­də anası ağlıyıb dedi: “Oğlum, di gö­­­rüm bu sözü sən hardan eşit­mi­sən ki, sənin qardaşın Bəhram eş­­qə mübtəla olub diyar qürbətə ge­­dib?”. Şahzada Heydər dedi: “Ana­­can, qulaq as mənim qar­da­şım olduğunu və eşqə mübtəla olub diyar qürbətə getdigini xəbər verim.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin