Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə66/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   62   63   64   65   66   67   68   69   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Şahzada Heydər:

Əgər mərdanəsən

Mənnən meydanə gəl, gəl

Bura arslan davasıdı

Mərdinən mərdanə gəl, gəl.
İyit də qorxmaz canınnan

Gərək keçəsən qanınnan

Bu gün arslan meydanınnan

Pələng tək meydanə gəl, gəl.


Şahzada Bəhram:

Əzəldən iltica etdi

Al dilinən məni tutdu

Nəmrud kimi oda atdı

Salmışdı zindanə gəl, gəl.
Şahzada Heydər:

Al sözün deyim əzbər

Bəlkə bu sinəm olub dəftər

İndi şahzada Heydər

Anan yazub namə gəl, gəl.
Şahzada Bəhram:

Pəhləvan gəl məni öldür

Hər dilnən məni dindir

Anamın adını bildir

Ver mənə nişanə gəl, gəl.
Şahzada Heydər:

İstiyirsən edək qoğa

Görənlər desin mərhava

Yazıb anan Huriliqa

Bağrı dönüb qana gəl, gəl.

Söz tamama yetişib Heydər öz əsli nəsəbini Bəhrama bil­dir­di. Və atınnan düşüb qardaşını qucaxlıyıb yüzünnən-gözün­nən öpüb dedi: “Qardaş, sənnən ötrü dəli-divanə olub çöllərə düş­mü­şəm. İndi sağ-səlamət tapdım. Amma indi durmax vaxtı dəgil. Gə­rək sənə zülm edən düşməni məhv edib nişanlını aldıx­dan sora vətənə doğru gedək. Çünki atan-anan sənin fərağınnan kor olub­lar. Pəs, hər iki qardaş atlarına suvar olub özlərini yeddi şah­zadaların dəryayi leşkərinə vurub kuştədən puştədən tərtib ve­rib qoşunu murmələx kimi dağıdırlar. Gəl sənə yeddi şahzada­lar­dan xəbər verim. Bir vədə gördülər ki, bular göndərdigi pəh­lə­van şahzada Heydərnən baravar özlərini dəryayı ləşkərə vurub qo­şunu pərakəndə edirlər. Bu vədə qasid xəbər gətirdi ki, ey dil qa­fillər nə durmusuz. Bular bir-birilə qardaşdırlar. Şahzadalar bu sö­zü eşidub xofları həddən-ziyada oldu. Amma bu yannan hər iki dilavər bir həmləyi əzim ilə qoşunu fot edib qırdıxlarını qır­dı­lar, qalan qoşun isə yeddi şahzadalar ilə üz qoydular qaçmağa. Və bu qaçmaxnan öz vətənlərinə getdilər. Gəl sənə Alı şahdan xə­bər verim. Qasidlər əhvalatı Alı şaha xəbər apardılar. Şah xoş­hal oldu. Alı şah buları pişvaz edib bargaha apardı. Bargahda şah öz tacını götürüb şahzada Bəhramın başına qoyub dedi: – Ey cavan, bu günnən sən Xtan vilayətinin şahısan. Bəhram ərz etdi ki: – Dölətin artıx olsun, hərgah mənə tac-təxt lazım olsaydı öz ata­mın təxtini boş qoyub diyar-bə-diyar gəzməzdim – Pəs: məc­lis arəstə olub saqilər məclisə mey və məzə gətirdilər. Eyşi-işrətə məş­ğul oldular. Bular eyşi-işrətə məşğul olmaxda olsun, gəl sə­nə Gül Xandandan xəbər verim. Buna da xacə xəbər apardı ki, gö­zün aydın olsun. Şahzada Bəhramnan qardaşı Heydər yeddi şah­­zadaların qoşununu tamam edub şad və xürrəm atanın bar­ga­hına gəldilər. Qız bu sözü eşidub xoşhal oldu, özünə on dört qə­ləm­nən zinət verdi. Və qırx incə qıznan Alı şahın gülşən ba­ğı­na seyrə çıxdılar. Bu yannan Alı şah hökm edib Xtan şəhrini la­ləzar hal­da və gözəl mənzərəli bəzədilər. Pəs: qırx gün qırx gejə toy edub Gül Xandanı şahzada Bəhrama verdi. Şahzadalar bir ne­çə gün Xtan şəhrində mehman qaldıxdan sonra Alı şahdan izn alıb zər­rin kəcavələri arəstə edib Gül Xandanı kəcavədə əyləş­dirdilər. Pəs: Alı şah ilə halallaşıb İsfahan vilayətinə doğru yola düşdülər. Günə bir mənzil teyyi mənazil xuraman-xuraman ge­dir­dilər. Bir müd­dətdən sora Mah Ənvərin qələçəsinə yetişdilər. Mah Ənvər kə­nizləriynən şahzadaları pişvaz edib qələçəyə apar­dı. Məclis arəs­tə olub bir neçə gün burada mehmannavazlığa başladılar. Bir gün şahzada Bəhram Mah Ənvərə dedi:



– Ey nazənin, sənə bir söz demək istiyirəm. Qəbul edirsən­mi?

Şahzada: – De görüm nədir?

Bəhram dedi: Biz bir neçə günnən sora vətənə gedəcəyik: on­da sən burda yalqız qalarsan, ona görə gəl səni qardaşım Hey­də­rə alım. Biz ilə baravar İsfahana gedək: – Mah Ənvər dedi: “Nə desən sözünnən çıxmaram. Pəs məclis arəstə olub bir neçə gün toy edub Mah Ənvəri şahzada Heydərə aldılar. Bir müddət bur­da qaldıxdan sora kəcavələr arəstə olub nazəninləri kəcavə­lər­də əyləşdirib İsfahan vilayətinə rəvan oldular. Mənzil-bə-mən­zil gözəl sər çeşmələr başında və mənzərəli yaylaxlarda mən­­zil edə-edə gedirdilər. Ta inki bir müddətdən sora İsfahan şəh­­rinə yetişdilər. Bu əsnadə Astan şaha xəbər verdilər ki, oğ­lan­ların cəlal busat ilə nazəninlərini gətirib gəlirlər. Şah xoşhal olub oğlanlarının üzünnən, gözünnən busə edib şad oldular. As­tan şah hökm edub İsfahan şəhrini çırağban etdilər. Hər yanda məc­lislər arəstə olub və meydannar təmizdəndi, şücai pəhli­van­lar və dlir atlar İsfahanın böyük meydanına yığışıb bir şaddıx bər­pa etdilər ki, çarx döranın gözü hələ görməmişdi. Bu minval ilə qırx gün, qırx gejə toy edib, Gül Xandanı şahzada Bəhrama və Mah Ənvəri Heydərə verdilər.

Astan şah bütün İsfahan vilayətinin adamlarını və vəzir vu­ka­layı yığıb dedi: “Camaat, görürsünüz, mən çox qocalmışam, ona görə mənim yerimə Bəhramı özünüzə şah qəbul edub təxtə çı­xardın. Bütün camaat Astan şahın sözünə razı olub şahzada Bəh­ramı şahzada libasilə bəziyib zərrin tacı başına qoyub təxt-səl­tənətdə əyləşdirdilər. Şahzada Bəhram camaatla gözəl rəftar edib ədalətlə hökmranlıq sürməgə və hər yerdə gözəl ad qazanıb şad və xürrəm eyşi-işrətə məşğul oldular. Ustatlar şahzadaların to­yunu bu minval ilə nəzmə çəkillər, biz deyək, siz də şad olun.



Aldı ustad:

Açılıb qoynun içi

Bağ gülüstandı maral

Ləblərin şəhdi şəkər

Xəstəyə dərmandı maral!
Dərd bilməz naqıs diyib

Dərd bilən inandı maral

Məmələrin şəhd şəkər

Xəstəyə dərmandı maral!


Lənət gəlsin keşişə aləmdə bir iş eylədi

Qızı getdi, vermədi öladınnan bəhs elədi.

Çəkdi din təəssübün Kərəmə qısas eylədi

Əl mənim, ətək sənin ölürəm ay amandı maral!


Musa tək çıxıb gənə tur sənayə bəsdimi

Quranı oda salıb yandırdı ayə bəsdimi

Zülm ərşə dayandı qalxdı havaya bəsdimi

Bu gözəllik sənə qalmaz bu çərx dörandı maral!


Əridib Göhərini gör bir necə qal eylənin

Zinxdanın dört tərəfin tamam qoşa xal eledin

Biçarə ustad Musanın dərdinnən abdal eledin

Qıymıram mal deməyə can sənə qurbandı, maral!


Bu gün könül karvanı köç eləmiş

Qiflələr yerişir yollara doğru

Naşı afçı kəsmiş o bərəsin

Marallar səkişir çallara doğru.


Hayıf yoxdu sövdügümün atası

Əksik olmaz fuç iyidin xatası

Qaşın yaydı, sinən onun butası

Qatı yay kürz istər qullara doğru.


Alçaq olsun dağın görünsün küçük

Cənnəti mavadi yar qoynun içi

Əbruşin tellərin musəlsəl saçın

Hərdən səcdə qılar bellərə doğru.


Gör kərri yandırar dağınan daşı

Üstünə gəlməsin təbib naşı

Ab nisan olsa çəşmimin yaşı

Qarışar dəryayə səllərə doğru.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin