Məlik Məhəmməd:
Dost, musavim yığıldı bu dəmdə
Nə desin o xoş kəlama Məhəmməd
Atdın oxun qaldı sinəmdə
Eşq əlinnən gəldim cana Məhəmməd.
Güləndam:
Məni ki, gətirdilər Yəmən elindən
Sən qulaq as xoş kəlama Məhəmməd
Uçdu sona pərvaz etdi gölündən
Sən qulaq as, bu canana Məhəmməd!
Məlik Məhəmməd:
Naşı bağmanın gülləri solufdu
Sərxoşunam mən, piyala dolufdu
Sənin dərdin məni bu günə salıfdı
Əcəb çatdın göhər kana Məhəmməd.
Güləndam:
Güləndamam dərdim bişdi
Təqdirə bax turdan keçdi
Kəsdir kəbinimizi
Apar məni bir yana Məhəmməd!
Məlik Məhəmməd:
Mən nə deyim sənin kimi dilbərə
Eşqin məni saldı çöllərə
Gözə qorux yoxdu, dil başa bala
İndi yetdi kərəmkana Məhəmməd.
Güləndam:
İsmin Məhəmməddi, elini bilməm
Dünyada sən kimi nocavan görməm
Daha başqalarına meyil verməm
Sən aşiqsən Güləndama Məhəmməd.
Dostları ilə paylaş: |