Şəhribanu:
Axdı çəşmim yaşı sel oldu
Daha gəlinim vay deyim
Taxsırsız axdı qan göl oldu
Daha gəlinim vay deyim.
Bileydim uyufsan kimin xəyalına
Doyunca baxmadım gül camalına
Yetməmiş bir işin vəsf halına
Dirikən oğul vay deyim.
Keçifdi günüm ömrüm azdı
Bülbül oxuduğu xoş avazdı
Bilmədim bu qanlı nəğməni kimlər yazdı
Daha Güləndam vay deyim.
Dəmirdən əsa alıf haranı gəzim
Cümlə-cahan, İran-Turanı gəzim
Ağlıya-ağlıya ol baxtı qaranı gəzim
İnnən belə cavan gəlinim vay deyim.
Kim öldürərdi belə insanı
Hanı təbib edə ona dərmanı
Sana qurban bu Şəhribanu
Daha Güləndam vay deyim.
Məlik Məhəmməd anasınnan bu suznaq sözləri eşidif bildi ki, naməni özgə adam yazıf, munun öyünü yıxmaq üçün. Odur ki, bir ah-suznak çəkif öz bəxt şumundan şikayət edərək bu şeiri söyləyir:
Dostları ilə paylaş: |