Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə74/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   70   71   72   73   74   75   76   77   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Güləndam:

Nə müddətdi qaldım səhərdə

Hardan düşdü güzarım fələk

Xəqq özü yetişsin dada

Hardan düşdü güzarım fələk.
Camalımı görmüyüf bəni insan

Dərvişlər elədi dərdimə dərman

Bileydim nədən oldu bu nahaq qan

Nə idi mənim günahım fələk.


Piran dərviş elədi dərman

Sağaltdılar sızıldayan yaramı

Bu canım oldu Məlik Məhəmmədə qurban

Ölüncə kəsmə məndən nəzərin fələk.


Güləndamam bu xarabada qaldım

Ahu oldum, ahulara qatıldım

Yəmən paşasının qızı qul adına satıldım

Hindistanda açıldı bazarım fələk.

Sözü tamam eyləyif dedi: – Ey dil qafil, indi ki, mən sa­ğal­mı­­­şam, daha burda qalmağımın münasibəti yoxdur, başıma çarə çək­­mə­liyəm, munu deyif dərvişlərin bir qədər çörəginnən və bi­huş­­danularınnan götürüf, yüz çölə qoydu. İki gün, iki gejə yol ge­dif axırda bir abadanlığa çıxıf səhrada bir çobana rast gəldi. Ço­ban haramzada qıza dedi:

Ölmək var, dönmək yoxdur, gərək mana gələsən.

Güləndam hərçi yalvardı, mümkün olmadı. Qız gördü ki, əl çək­­mi­yəcək, odur ki, hilə yoluynan dedi:

– Çoban! Çox yaxşı, hələ acam, dur, bir az süd-çörək gətir, ye­yək, sonra sən ilə gedəcəyəm.

Çoban gedir süd və çörək gətirdi. Qız bir tərəfdən pinhanı sü­də bihuşdarını daxıl edif dedi:

– Çoban qardaş! Mən heç süd görməmişəm və içməgini bil­mi­­rəm, odur ki, bir az sən iç, onnan sonra mən xurda başlıyım. Ço­ban süddən bir az içəndə bihuş oldu. Bu zaman qız çobanın pal­tarını çıxarıf bədənində arəstə edərək bu dillərnən çobanın bu bəd hərəkətini sözə başladı.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin