Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə77/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   73   74   75   76   77   78   79   80   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Moğum şah:

Başına döndüyüm gül üzdü ana

Od canımda yana-yana gedərəm

Çağırıf xudanı düşüm yollara

Sığınıf o qadir sübhana gedərəm.
Sənəm xanım:

Başına döndüyüm gül üzdü oğul

Aparıf canımı yarı güdərsən

Çağırdın Allahı, düşdün yollara

Sana köməy olsun tanrı gedərsən.
Moğum şah:

Şirindi söhbəti, şirindi sözü

Qələm qaşı altınnan aladı gözü,

Xanbalıx şəhərində Xamuy xan qızı

Gülşat deyif o canana gedərəm.
Sənəm xanım:

Kavavi əksik etməzdər közdən

Hax səni saxlasın bədnəzər gözdən

Özünü saxla, hayasız üzdən

Götü namus, qıryat, arı gedərsən.
Moğum şah:

Ağlama-ağlama ay şax duxtər

Ağılımı apardı gözdəri xumar

Moğum şaham həlvət mətləbim var

Nə dəliyəm, nə divana gedərəm.
Sənəm xanım:

Sənəməm canımı oda yaxmaxdan

Ağ əllərə qızıl üzük taxmaxdan,

Ağlıyıf-ağlıyıf yollarına baxmaxdan

Nə salıf canıma ah-zarı gedərsən.

Ana və oğul sözdərini tamam eləyənnən sonra Moğum şahın ata­sı, anası və qohum-ağravası hərçi ona yalvardılar ki, bu fi­kir­dən əl götür, başa gəlmədi. Axırda Moğul şah gedəsi oldu. O uşax olduğunnan əmisi oğlu Moğul şah Məhəmmədnən bara­var ata-anası, qohum-ağravasınnan görüşüf, halallaşıf Xanbalığa get­məkdə olsun, gəl sana Xanbalıxda Gülşatdan xavar verim.

Gülşat bir gün röyada yatarkən ağasının əlinnən bada içif Mo­ğum şaha aşıq oldu. O Moğum şahın həsrətinnən dəli-divana ol­muşdu. Atası-anası halı belə görüf, onu qırx qıznan Xanbalı­ğın qırağında olan “Qonça bağı”na seyrə apardılar ki, bəlkə aynı-şaynı açılsın. Gülşat xanım qırx qıznan bağda seyr etdiyi vaxt o yannan “Cadı şəhərində” Mustafa xanın oğlu Mahmud xan qırx günün seyrinə çıxmışdı. Qazadan güzarı bu bağa düşdü. O Gülşatı görüf bir gönüldən min gönülə aşıq oldu. Ona görə bir təhər yıxıla-yıxıla Cadı şəhərinə gəlif əhvalatı atasına söylədi.

Atası oğlunnan bu sözü eşitcək özü qıza elçi gəldi. Xamuy xan, Mustafa xan dölətdi bir xan olduğunnan cannan, başnan qı­zını danışdırmazdan həyəsini verdi. Ona görə Mustafa xan ca­lal şökətnən Gülşata toy eyliyif aparası oldu. Bu zaman qız Moğum şahı söydüyünnən Mahmud xana getmədigini bildirif:

– Hərgah zornan məni Mahmud xana versəniz özümü öldü­rəjəm. Biçara Gülşat onu gözdüyürdü ki, zornan verəndə başını bəzəyən zaman zəhər içif ölə, ona görə hər kim başını bəzəmək istəyəndə qoymurdu.

Gülşat belə bilhal dərd və qəm içində yanında qul, baravar öyündə oturuf yola baxanda nə gördü, bir dəs layış gedir. Qız­darı göndərif oları əyləndirdiydə bular el gəzər. Bir nama verrəm, bəlkə Moğum şaha yetirələr. Qızdar layışdarı öyləndirəndə Gül­şat onların yanına gedif:

– Layış qardaşdar, bir nama yazsam Moğul şaha verərsi­nizmi?

– Xanım, hərgah görsək can, başnan verrik.

Gülşat layışdarı xoş sufat görüf bu dillərnən nama yazıf Mo­ğum şaha göndərir:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin