Moğum şah:
Moğum şaham keçdim küllü-varımnan
Namısımnan, qıryatımnan, arımnan
Rəhm elə xavar ver, Gülşat yarımnan
Bava bu yol Xanbalığa gedərmi?
Balxudar:
Qoja Balxudara ixtiyar deyin
Baxçalarda titrəşirdi dar deyin
Gülşat xanım ağlayırdı yar deyin
Oğul bu yol Xanbalığın yoludu.
Hər ikisi sözdərin qutardığda qoja Balxudar Gülşatdan gətirdiyi naməni Moğum şaha verməgnən baravar afalatı da ona söylədi.
Moğum şah hər bir afalatdan xavardar olduğunnan şad-şadıman layışdarnan halallaşıf Məhəmmədnən Xanbalığa yola düşdülər. Bular gejə-gündüzə salıf bir müddətdən sora Xanbalığa yetişdilər. Qərif olduğlarınnan Xanbalıxda “Vaysa” addı bir qarıya qonax oldular. Azdan-çoxdan yeyif yatdılar. Savah duranda toy səsi eşitdiklərinnən qarıdan nə toy olduğunu xavar aldıxda qarı afalatı söyləməginən baravar dedi:
– İndi axırda qız başını bəzətməyə qoymuyur. Özü də əlində zəhər piyalası tutuf zornan bəzəyif ərə vermək isdəsələr, dərhal zəhəri içif həlak olajax.
Moğum şah öz afalatını Vaysa qarıya söylədi. Ay qarı, nənə! İndi ki, belə oldu. Gəl sana bir nişana verim. O qızın yanına get, nişanını görkəzən kimi başını bəzədər. O səbəvə sana da muşdulux verəllər. Vaysa imannı bir qarı olduğunnan Moğum şahın sözünə razı oldu. Moğum şah üzüyünü qarıya verdi. Qarı üzüyü götürüf bir tərəfdən özünü Gülşata yetirdi. Və üzüyü Gülşata verdi. Afalatı da söylədi. Gülşat bir konüldən min konülə açılıf, qarı çox müjdə alsın, başını ona bəzətdi. Gülşat dedi:
– Ay qarı nənə, bu nişanı gətirdiyin üçün mən başımı bəzətdim ki, sən çox müjdə alasan. Ancax bu şərtnən müjdə alannan sora bu gejə nə təhər olursa olsun ollardan mana cannı bir nişanə gətirəsən.
Qarı can dilnən razı oldu. O yannan qul-qaravaş Xamuy xana və Mustafa xana xavar verdilər ki, Vaysa qarı Gülşatın başını bəzədi. Xannar qızın yanına gəlif, işi bildiydən sora qarıya özü ağırı qızıl-gümüş verdilər. Qarı olara alqış eliyif Moğum şahın yanına gəldi. Afalatı ona söylədi. Moğum şah qarıya qızıldan, gümüşdən verif dedi:
– Ay nənə, amandı bir fəndnən bu gejə Məhəmmədi Gülşata yetir. Bəlkə bir təybiri var. Və ya sir sözü var.
– Ay bala, o mənim gözdərim üstə deyif o saat Məhəmmədə öz qızının paltarını geydirif özünnən Gülşatın yanına apardı. Qul qarabaş içəri qoymaq istəmədiydə dedi:
– Mən Gülşatın süd anasıyam, köçənə kimi qızımı ona qaravaş verməyə gətirmişəm.
Bu sözü eşidəndə içəri buraxdılar. O axşam qarı da Gülşatgildə qalası oldu. Ona görə axşam olanda Gülşat elə bildi ki, bu gələn söygülüsü Moğum şahdı. O bu xəyalnan onnan öz yerini bir saldı. Məhəmməd utandığınnan naəlaj Gülşatnan bir yerə girdi. Əmbə Moğum şahın qızıl yazılı bıçağını qıznan özünün arasına qoydu. Gülşat halı belə görüf bu dillərnən Vaysa qarıdan afalatı xavar alır:
Dostları ilə paylaş: |