Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə86/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   82   83   84   85   86   87   88   89   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Moğum şah:

Başına döndüyüm ədalət şahın

Nahaxdan bağlanıf qollarım mənim

Bir zaman vardı, bülbül kimi ötürdüm

İndi lal olufdu dilim mənim.
Uja dağ başını nejə aldı qara

İyitdə olmazmı, namıs, qıryat, ar

Gözəl şahın qulluğuna ərzim var

Oxusam bilərsən hallarım mənim.


Dərd əlinnən düyünnüyəm dağlıyam

Qürbət eldə cavan ömrüm ağlıyam

Moğum şaham, Asdan şahın oğluyam

Qəndəhar şəhridi ellərim mənim.

Moğum şah sineyi tarnan sözləri deyənnən sora dilnən də afa­­­latı başdan-ayağa kimi şaha, şannara, vəzir, vəkilə, əyan, əş­rə­­fə və bütün qoşun əhlinə nağıl elədi.

Asdan şah, Əhməd vəzir oğlannarını tanıyıf, gəlinnərinin və oğ­­lannarının qollarını aşdırdılar.

Halı belə görən xannar şahın qəzəvinnən qorxuf onun əl-aya­­ğına düşdülər və yalvara-yalvara and işdilər ki, siz kimi bir ca­­lalı şah öləddəri olduxlarını bilməmişik. Bizim günahımızı ba­ğış­da. Şah dedi:

– Hürmətiniz artıx olsun. Xannar şahın qəzəvinnən qurtadıx­la­rınnan oğlannarı və qızdarı yaxşı köhlən atdara mindirif şahı qo­şunnan baravar Xanbalığa qonax getdilər. Xanbalıxda yeddi gün-yeddi gejə büsatdı toy eliyif Gülşatın kəbinini Moğum şaha, Səl­minazın kəbinini də Məhəmmədə kəsdilər. Gəlin atdandı, şax bə­zəndi, sağ diş, sol diş, solda xannar başında atdıları bir mən­zil­dən şahı, şahzadəni, gəlinnəri və qoşunu üzaşdırıf qayıtdılar.

Asdan şah calal şökətnən şad, xürrəm ölətdəri, gəlinnəri və ba­şındakı dəliqannılarıynan Qəndəhara yola düşdülər, cıdır baş­da­dı.

At qoşdurana bax, ox atannara bax, nişana vurana var, gəlin­nə­rin başınnan qızıl, gümüş tökənlərə bax. Bu calalnan gedərkən iki cıdırkı atdarı tərpədif bir az vaxda özdəri qan, tər içində at­da­rı­nın ağzınnan, sağrısınnan, döşünnən köfüy axa-axa Moğum şa­hın anası Sənəm xanıma yetişdilər.

– A xanım, gözün aydın olsun, oğlun söygülüsunü gətirif gə­­lir. Muşduluğumuzu ver.

Sənəm xanım söyünə-söyünə cıdırçılara istədiyləri qədər muş­­­dulux verdi. Özü də başında qul qaravaş atdanıf pişvaza çıx­dı. O qədər at sürdü ki, şəhərdən bir az kənarda yetişdi. Bu za­man oğlunu və gəlinini can kimi bağrına basıf, öpüşüf görüş­düy­dən sonra Qəndəhara gəldilər. Asdan şah Qəndəhar şəhərini xalı, zi­li­lərnən, çiçəynən, nöy-bə-nöy al-şalnan, əlvan-əlvan bəzətdi və bir böyük məclis qurdurdu. O məjlisdə bütün şəhər əhlini qo­nax çağırdı.

Əhli şəhər səgirən-kəbirən şahın toy məjlisinə gəldilər. Za­ğa­­ra, zurnaynan, dəf balabannan bir görünməmiş büsatdı toy elə­di­­lər ki, fağır, fuğara, kasıf, kusuf və bütün əhli şəhər yeyif doy­du­lar.

Bunnan sora Gülşatın əlini Moğum şahın əlinə, Səlminazın əli­ni də Məhəmmədin əlinə tafşırıf:

– Yıldızları barışsın, yeddi oğul ata-anası olsunnar, urzuları başdan yağsın, calalları daha da ujalsın, baxdları yeyin olsun də­yif dağıldılar.

Moğum şah söygülüsü Gülşatnan, Məhəmməd də ilk gözü­nün oyu Səlminaznan var, dölət içində ağ günnən ömür sürməyə baş­dadılar.



Ustatdar oğlannarın və qızdarın bir-birinə olan möhübbət­dəri­­ni daha da artırıf kef damaxnan ömür sürməkləri üçün sazdarının zi­­­­­lini zil, bəmini bəm, sinə dəm, üsdə kəm eliyif orda bir duax qap­ba demişdilər.


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin