Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə87/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   83   84   85   86   87   88   89   90   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Duax qapba
Canımı qurvan elərəm, bir belə tərlan gözələ

Hal bilən, şirin gülən, dosda mehrivan gözələ

Boy uja, bədən nəzik, zülfü xuraman gözələ

Dolandı mürğ ruhum, oldu mehman gözələ

Xəstəyəm, yalvarıram, həkim loğman gözələ.
Gözüm, canım cilvələnif, gözəllər xasınnan gözəl

Silikinif gərdan çəkər, göllər sonasınnan gözəl

Qavliyət, mərfət götürüf ata, anasınnan gözəl

Tər andam livası, boyu livasınnan gözəl

Gözəlliyi çəm verifdi, xaliqi sübhan gözəl.
Şeydalar cilvələnif, gözəllərin xası kimi

Görəni mejnun elər leylisin södası kimi

Ala gözdər şöylə çekir göyün şölən yası kimi

Qofdası hər rəng çalır, peyğəmbər xırqası kimi

Yaranıf behişdən gəlif, gətirif qılman gözələ.
Gör nejə xələt verdi məlul könülləri aşdı gözəl

Hərifsən əhli ruhsan, can sana peşkaşdı gözəl

Heş yerində ayıf yoxdu, qaşın göyçək qaşdı gözəl

Yerdə, göydə misli olmaz, hamısınnan başdı gözəl

Gözəllərin cəm cümləsi, olsun da qurban gözələ.
Fələydə gileyliyəm, bizə günü qarə verif

Terlanı sara yazıf, tər qonçanı xarə verif

Canımı asmanda qoyuf, cismini qarə verif

Ələsgəri mejnun edif, meylini dağlara verif

Tərk eliyif ibadəti, bağlayıf dəstan gözələ.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin