Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə100/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   96   97   98   99   100   101   102   103   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

DOQQUZUM PARANIN NAĞILI

Zəhra Alı qızı



Qazax- 9 yanvar, 1927
“Dondar” mahalında bir qoja qarı var idi. Bu qarının da var-yoxu bir qızı var idi ki, hər oturanda doqquz əpbək para yeyərdi. Bu qız belə əpbək yeməginə görə adını “Doqquzum para” qoy­du­lar.

Doqquzum para aylar keçif, illər keçif yekələnif ərə gedəsi ol­­du. Günnərin bir günündə əpbək az olduğunnan Doqquzum pa­­ra əvvəlki qayda üzrə qarnını qayıra bilmədi.

Odur ki, ay həmişəki Doqquzum para deyə-deyə ağlıyarkən xo­ja bunların qapısınnan keçirdi. Xoja Doqquzum para “Ay hə­mi­şəki Doqquzum para deyə ağlamanı xoşduyuf onun anasınnan xa­var aldı ki, qızın Doqquzum para deyif nə üçün ağlıyır. Anası Doq­quzum paranı başınnan əkmək üçün xojaya cavaf verdi ki, o gü­nü qara gündə doqquz tökçə para yun əyirər; indi bu gün yun ol­madığınnan yarım tökçə həmişəkinnən az əyirif, ona görə ağ­lı­yır. Xoja arvadın sözünə inanıf bir belə fikir eylədi.

– Mən xojalıxnan şəhərdə, kənddə özümu ayaza verə-verə, ima­nımı, dinimi sata-sata və yalan danışa-danışa qazanc qa­za­nı­ram. Əmbə bunnan yaxşı qazanc bu qızdı. Ona görə munu özü­mə arvat allam. Odu ki, öyümə aparıf bir dam yun alannan sonra bu qızı o yunun ujinnan calayaram. Hamısını ip eyləyər. Mən də həm o ipdən zili-xalı toxuyuf sataram, həm də ipin özünü sa­ta­ram ki, qazancım həddən aşar”.

Xoja bu fikirnən üzünü arvada tutuf:

– Ay xala! Allahın əmrinnən, peyğəmbərin şəriətinnən hər­gah isdəsən bu qızını mən alaram. Qarı dünənnən irazı ol­duğun­nan cavaf verdi ki, Allaha da qurvan olum, peyğəmbərin şəri­əti­nə də qurvan olum, sana da, bir qız bir oğlanındı.

Xoja qarıdan irazı olmax cavabını alanda dərhal bir fətir cey­­ran və imanını-dinini satan, qarıyı qoyuf ağı oxuyan bir süd­dü aş mollası tafdı. Bu molla Doqquzum paranın kəbinini “xoja Xu­duşa” kəsdi və urusumunu alıf gətirdi.

Xoja Xuduş bu el içində urvat olunmayan, öydə qalıf çuvala tay olan Doqquzum parayı kəcavədə əgləşdirif Dondar şəhərində olan öyünə apardı. Xuduş əvvəla Doqquzum paraya yeddi dəst pal­tar alıf öydə yemək içməgini bol eylədi. Sonra bir dam yun alıf Doqquzum paranın yanına qoydu və ona tafşırdı ki, bir illik sə­fərə gedirəm, gələnə kibi bu yunu əgirərsən.

Doqquzum para göz üsdə deyif ərinə yol azıxı qayırıf onu sə­fərə yola saldı. Sonra Xuduşun yol xorək çörəginnən yeyif səl­lə­­minə gəzərdi, yun əgirmək nədi. Bu qapı sənin, o qapı mənim o qədər gəzərdi ki, bir il tamam oldu. Xojanın gəlmək vaxdı ol­du­ğun­nan Doqquzum para qorxusunnan tez-tələsik cəhrəyi qur­du, onun xorək çörək bişirməyə majalı olmadığınnan horra çalıf iki qabda, hərəsini bir çiyninə qoydu və horranı yalaya-yalaya:

Xoja bazara gəlifdi,

Canım azara gəlifdi,

Göy təpələr göyər indi,

Ərim məni döyər indi –

deyə-deyə vız ha vız cəhrə əyirməyə başdadı.

Hal belə ikən qəzadən Dondar şahının oğlu Qanıxanın bo­ğa­zın­da sümük qalmışdı. Munu nə qədər həkim, carraha apar­dı­lar­sa, əlac eyləyən olmadı.

Odu ki, adətləri üzərə bir dəst mərəkinən Qanıxan qapı-qapı tü­­şüf dolanırdı ki, hər kim isdər həkim carrahlıxnan və isdərsə bax­­­dın çağırmaxınnan alxış eyləməgnən, caddı, pitiynən və ilax... munun boğazınnan sümüyü çıxardarsa hər nə istəsə şahlıx xə­zi­nəsinnən ala bilər. Qanıxan başındakı mərəkinən qapı-qapı gezə-gezə gəlif Doqquzum paranın qapısına çıxdı. Nə gördü onun çiynində horra qoyuluf, odu ki, gah bu çiyinnən, gah o çi­yin­nən horra yalaya-yalaya bir eybəcər və gülünc halda cəhrəni əyi­­rir. Xan bu gülüncü görcək qahqahınan bərk güləndə sümük bo­ğazınnan tüşdü. Bu zaman Qanıxanın başındakı mərəkə sö­yü­nə-söyünə xannan baravar Doqquzum paranı da şahın hü­zu­runa gətirif əhvalatı ona nağıl eylədilər. Şah oğlunun boğazınnan sü­mük çıxdığını eşidif çox şad oldu. Odu ki, üzünü Doqquzum pa­ra­ya tutuf buyurdu: “A qızım, indi de görüm nə ənam isdərsən. Doq­quzum para ərz eylədi ki, şah sağ olsun, sizdən puldan, mal­dan heş bir şey isdəmirəm, əmbə mənim bir dam yunum var bir­cə onu əyirtdirif if eylətsəniz sizdən yerdən göyə kimi irazı ol­lam. Şah bütün cəhrəçiləri Doqquzum paranın qapısına tökdürüf az vaxda onun bir dam yununu əyirtdirif gənə həmən dama yığ­dır­dı. Doqquzum para şaddığına şıllax ata-ata öy-eşiyi silif, sü­pü­rüf, yığıf, yığışdırıf xoja Xuduş yolunu gözdüyürdü.



O tərəfdən xoja Xuduş bir illik səfərdən öyə gəlif nə gördü yun tamamən əyrilif tökçə halında dama ambar vuruluf. Xuduş Doq­quzum parayanan bir illik ayrılığı münasibətilə görüşüf de­di:

– Sən mənim dolanajağımın dirəyi olduğunnan bu dünnən gö­zümün işığı, gönlümün isdəklisisən. Doqquzum paranın qol­tu­ğu qarpızdanıf arvatdana-arvatdana xörəkdən, çörəkdən qayırıf ərin­nən yeyəndən sonra şirin söhbət eylədikləri zaman bir “Don­zan böcüyü” gəlif bunların yanınnan keçirdi. Doqquzum para mu­­­­nu görən kimi bir yaxşı guh yerə salıf donzan böcüyünü onun üs­dünə qoydu, o böcüyə layıx hürmət eylədi.



Xoja Xuduş arvadınnan xavar aldı ki, nə səbəbə bu işi gör­dün.

Doqquzum para canını yun əyirməkdən qurtarmax üçün ca­vaf verdi ki:

– Ay gözümün işığı, gönlümün isdəklisi mən onu görəndə gö­züm ağrıyır. Odu ki, hərgah sən də onnan olsan mən sənnən ne­jə ömür sürərəm. Sən daha bu günnən eylə az vaxda çox-çox iş­dəri tutma. Laf doğrusu bir də yun darama. Öy-eşiyinin işinnən məş­ğul ol.

Doqquzum para bu uydurma kələyinnən əri xoja Xuduşu ağ­lı­nı kəsdirif öz-özünə:

Qızıldan taxdın olunca

Bir quru baxdın ola

dəyif əri xoja Xuduşnan mal-dölət içində ağ günnərnən ömür sürməyə başdadı.




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin