Gözəlləmə
Səhər sübhü qafıl çıxdın qarşıma
Yıxdın atam öyünü ağ sarı köynək
Maral təki süzdün keşdin dərədən,
Dönüf bir öyçünə bax sarı köynək.
Sədrin “safalan” dayayılmış qarı
Köysünnən baş verən turşdu nardı
Camalın şöyləsi şəms qəmərdi
Salıfdı cahana şux sarı köynək.
Zabanın şəkərdi, dahanın məjə,
Ləbiyin şərvətinnən lütf ellə bizə
Qızıl üzük kəsdir qaşı firuzə
Nazik barmaxlara tax sarı köynək.
Yanağın lalası hərn zaman solmaz,
Şahmar zülfün çalan kimsə sağalmaz
Gedər bu gözəllik sana da qalmaz,
Vardı sənin kimi çox sarı köynək.
“Söyün” şükür ellər qadır sübhan
Behişdən gəlifdi bu hurəyi gılman
Kirpiyin almazdı, qaşdarın kaman
Vurufdu sinəmə ox sarı göynək.
Aşıq gözəlləməni oxuyannan sonra arvatdardan urusumunu alıf yoldaşının yanına gəldi. Hər ikisi nağılın qalığına başdadılar. Bullar nağılı qutaranda savah da açıldığınnan Qaçax Qala camahatı Xasay xana və onun ata-bavasına lənət oxuyuf yerinə Allahverdi bəyi özdərinə divan tikdilər:
– Şan-şökətiniz artıx olsun. Allah sizi bizə çox görməsin. Ayağınız sayalı, başınız dölətdi olsun – deyif dağıldılar.
Allahverdi bəy Qaçax Qala mahalına divan tikdikdən sonra Xasay xanın vaxtındakı qulları, xojaları və başqalarını azad elliyif camahatın xarc-xəsrətini azaldıf adalatnan divannıx eləməgnən baravar munun bu mərtəvəyə çatmasına səbəb olan şannıları Baxdıgül və pərilər Fatmasınnan var-dölət, cah-calal içərisində ağ günnərnən ömür sürməyə başdadı.
Dostları ilə paylaş: |