QARI
Əli Rəhim oğlu
Qazax- İyun, 1928
Bir qarıjıx var idi,
Tumancığı dar idi,
Canınnan bezar idi,
Afdafa aldı ələ,
Getdi buz üsdə belə,
Buz üsdündə yoruldu,
Afdafası qırıldı
Asılana-asılana fağan ellədi:
Üzün tutuf buza söylədi:
– A buz sən nə zalımsan?
– Mən zalım olsaydum,
Gün məni əritməz idi.
– Gün sən nə zalımsan? – Mən zalım olsaydum,
Bulut qavağımı kəsməz idi.
– A bulut sən nə zalımsan?
– Mən zalım olsaydum
Yağış mənnən yağmazdı.
– A yağış sən nə zalımsan?
– Mən zalım olsaydum göy ot mənnen bitməzdi.
– Ay ot sən nə zalımsan?
– Mən zalım olsaydum, qoyunnar başımı üzməzdi
– A qoyunnar siz nə zalımsınız?
– Bir zalım olsaydux.
Cannavarrar bizi yeməz idi.
– Canavar sən nə zalımsan?
– Mən zalım olsaydum.
Qara köpək məni boğmaz idi.
– Qara köpək sən nə zalımsan?
– Mən zalım olsaydum
Siçannar çörəyimi yeməzdi.
– Ay siçannar siz nə zalımsınız?
– Biz zalım olsaydux,
Pişiklər bizi boğmazdı.
– Ay pişiklər siz nə zalımsınız?
– Biz zalımıx-zalım.
Yük üsdü yorğanımız,
Kürsü üsdü qışdağımız.
Dostları ilə paylaş: |