Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə106/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   102   103   104   105   106   107   108   109   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

AĞ ATIN NAĞILI

Xacca İsmayil qızı



Qazax - 1928
“Qan uyuşən” ovasında “Baytal qara xan” addı bir sinni kişi var idi. Munun da böyüyü “Baxdı xan”, ortancısı “Dilxuş”, ki­çi­yi “Güllü Gül Əndam” addı üç qızı var idi. Qızdarın içində Güllü Gül Əndam qənirsiz gözəl idi. Onun gözəlliyi bütün ova­la­ra, mahallara bəlli idi. Qaraxanın əvvəllərdə malı, döləti çox idi­sə də sonraları oğul evladı olmadığınnan və özü qoja olub, mal-dölətin üstünə vaxdi-vaxdində getmədiyinnən, o mal-dö­lət­dən tək bircə atı qalmışdı. Bu at mahallarda camahatın dilində-ağ­zında “Ağ at” adinnan tərif edilirdi. Ağ ata Qaraxan kişi əl-ayax­dan düşdüyünnən novat-novat qulaq asırdı. Ağ ata böyük və or­tancıl qız arpa-saman, ot aparanda yeyərdi, əmbə kiçik qız apa­randa o alafı yemiyif qıza baxa-baxa kişniyif əyaxlarını yerə dö­yüf, ipi qırmax istiyirdi. Eylə bil ki, dalafa gələn madyan atı gö­rür. Ağ at qızın üsdünə ildırım kimi hüjum eylərdi. Bu halı gö­rən Güllü Gül Əndam utandığınnan bu sirri bir müddət aç­ma­disa da ağ atın munnan rəftarı getdikcə pişdəşdiyinnən canının qor­xusunnan bu görünməmiş, eşidilməmiş sirri atasına aşdı. Ata­sı dedi: Ay balam, heyvan olanda nolar; onun insannan bircə di­li olmaması tafotdudu. Yəqin ki, o sənə aşiq oluf. Ona görə özü­nü gözdə görək axırı haraya çıxır. Bu kor gəzmədən bir az keç­məmişdi ki, Qaraxan kişi ölümcül naxoşdadı. Ona görə qız­da­rın yanına çağırıf:

– Ay qızdarım, mənnən sizə vəsiyyət, mən öllənnən sonra bur­da qalmayın. Çünki, bu ağ at kirə tez sizi tələf eyləyər. Qız­dar atalarının bullara etdiki vəsiyyətinə can-dildən irazı oldular. Qa­raxan kişinin vəsiyyətindən bir az sora naxoşduğu daha da bər­kidinnən bafat eylədi. Qızdar atalarını elin adəti üzərə dəfin ey­­lədilər. Onun yurdunu şən saxlamax üçün bir qarina aj, bir qarina tox öylərində dolanırdılar. Bir gün nuvatinda Güllü Gül Ən­dam ağ ata alaf verməyə getmişdi. Ata alaf verdiyi zaman ağ at onu yaxında görüf bir yannan ayaxlarınnan, bir yannan dö­şü­nən, o biri yannan dişinən az qaldi ki, qızı öldürsün. Biçara qız bir təər atın əlinnən qurtarif haray şüvənnən bajılarının yanına gəldi.



– Ay baxdı qaralar, atamız bizə vəsiyyət eyləməmişdimi ki, bu ağ at axırda sizi tələf eyləyər, buradan gedin, vallah indijə az qal­mışdı ki, məni öldürsün. Daha bilmərəm, gərək bu gün bu­ra­dan əkilək. Böyük və ortancıl bajilar kiçikin məsləhətinə irazı ol­dux­larınnan ağ ata o günün alafını qoyannan və qapı-bajayı bər­­kidənnən sonra hər üçü qırıxdan-sökükdən götürüf yola düş­dü­lər. Yazıxlar ağ atın qorxusunnan o gün və o gejə getdilərsə də bir yana çıxa bilmədilər. Çünki, yolu azmışdılar, bilmirdilər ki, ha­ri­ya getsinlər. Hər yana baxırdılar, çöl-biyavandı. Heyran sər­gərdan qalmışdılar. O yannan ağ at gün çişdə qalxana kimi ya­nı alaf vax­di­na kimi qızdarı gözdədi. Nə gördü, hiş kəs alaf gə­tirmir. O fa­rasatdı heyvan bildi ki, qızdar qaçiflar. Kişniyif ayax­larını yerə vuruf, ipi qırdı. Sonra qızdarın izinən yola dü­zəl­di. Ağ at qızdarın dalınca o qədər çaparax getdi ki, günortaüstu ola­ra yaxınnaşdı. Ye­tim qızdar atın tarf-turfunu eşidif geriyə ba­xanda nə gördülər, ağ at yeldən yeyin, sudan iti gəlir. O fağırrar bir-birinə: “Ay baji, bir əlaj, ay baji, bir əlaj, vallə ağ at yetişən ki­mi bizimkin bizə ve­rə­jək”. Böyük və ortancıl qız üzünü kiçik ba­jılarına tutuf, ay fağır biz eşitmişik ki. atanın-ananın son be­şi­yi çox istəkli olar. Ona gö­rə də gözə görünməz tanrı o istəkli ev­la­dın sözünü tez eşidər. İndi sən ona yalvar ki, əlinin üstündə əl yox­du. Bəlkə kərəmi cuşa gə­lif bizi ağ atın cəngəlinnən xilas ey­lə­yə. Güllü Gül Əndam bajı­la­rı­nın sözünə görə: “gözə görünməz tan­rı, sən eylə elə ki, yer ya­rıl­sın biz yerə girək, bu ağ atın əlin­nən qurtarax” deyəndən tanrının hök­münnən o saat yer yarıldı, qız­dar söyünə-söyünə yerə girdilər. Əm­bə Güllü Gül Əndamın yay­lığının uju eşikdə qaldı. O yannan ağ at həmən yerə gəlif Gül­lü Gül Əndamın yaylığının ujunu gör­dü­yün­nən kişniyif aya­ğını yerə döyüf axırda oradaja öldü. Qızdar ağ atı ölmüş görəndə söyünmuş yerdən çıxıf onun ətəyinnən hə­rə­si istədiyi qədər götürüf üz çöl-biyavana qoydular. Baxdı qaralılar çöl-biyavannan o qədər getdilər ki, axırda ağ atın əti yeyilif qur­tar­dı. Axırda laf ajlıqlarınnan ölümcül oldular. Ona görə hər üçü ajı­nnan ölməsin deyən aralarınnan birini yemək fikirinə düşdülər. Mu­nu duyan Güllü Gül Əndam: “Ay bajılar, mən sizdən kiçicik ol­du­ğumnan gərək əvvəl məni yeyəsiniz. Sonra növat sizə gələ. İn­di siz burada oturun, mən gedim dağı-daşı gəzəyim, atamı, ana­mı ağlayayım, sonra gələyim, öldürüf yeyin. Ajdıx yaman bəla ol­du­­ğuna görə rəhimsiz bajılar onu yeməyə irazı oldular. Güllü Gül Ən­dam dağı-daşı gəzif ata və anasını ağladığı zaman birdən bir ya­xın yerdə tüsdü gəldiyini gördü. Söyünə-söyünə bajılarının ya­nı­na gəlif: “Bilin və eşidin, bu yaxında tüstü tutur. Yaqın ki, ora ava­dannıxdı. Gəlin oraya gedək. Havax yemək tafdix mənim ca­nım qurtarar, tapbadıx genə məni yeyərsiniz. Böyük və ortancıl ba­ji irazi olduxlarınnan hər üçü o tüstü tutən tərəfə gedən cığırı tu­tuf düz oraya getdilər. Həmən yerə yetişəndə nə gördülər: bu çöl biyavanda şəər öyü kimi bir ev var, öyün içinə gedəndə çörək, xö­rək, yemək həddən aşmış və ev-eşik tər-təmiz süpürülmüş gör­dük­də əvvəl doyunca çörək, xörək yedilər. Sonra üçü də diz-dizə otu­ruf fikrə heyrətə cumdılar: aya munun yiyəsi nejə olmuş ola: in­di gərək biz xəlvətdə munun yiyəsinə busax, görək nəçi və nə ka­rədi. Bu məsləhətdən sonra ollar bir xəlvətdə gizdənif öyə kim gə­ləjəyini gözdədilər.

Sən diməyinən bu ev yiyəsi ellərdə ovalarda manşir olan “Qı­zıldaş” mahalının paççahı “Balxudar” imiş. Balxudar paçça­hın böyüyü “Ağlar hayva”, kiçiyi “Gülər nar” addı iki qənirsiz qı­zı var idi. Bu qızdar dölət içində ağ günnərnən yekələnif ərrik ol­dular. Bu zaman paççahzadalardan xan və bəy zadalardan qız­da­rı almax üçün elçi gəlməyinən baravar dövlər məkanı “Doq­quz qaya” mahalında olan qırx sehrbaz dövin başçıları “İnat” və “Bo­yat” addı iki qardaş idilər. Bular sehrnən hər mahalı gəzərdi və hər nə istəsə tuturdular. Qazadan Ağlar hayvayınan, Gülər nar imaratdarının eyvanında özdərinə yeddi qələmnən zinət verif naz-qəmzəyinən sallana-sallana gəzərdilər. Bu zaman İnatnan Bo­yat həman gözəlləri görüf oların gözəlliklərinə vuruldular. Ona görə öz mahallarına qayıdıf qızdara elçi göndərdilər. Bal­xu­dar paççah elçilərə nalayıx sözdər deyif: – Mən bəni adam paç­ça­hı olduğum halda bəni adam duşmannarına yüz it küçüyüm ol­sa birini vermərəm. Elçilər paççahın hizurinnan mürəxəs oluf az vax­da dövlərin hizurinə yetişdilər. Bütün əhvalati İnatnan Boya­ta söylədilər. Bu iki qardaş dövlər paççah qızdarını bullara ver­mə­­diyinnən başdarına hesafsız dövlər topluyuf həmən Qızıldaş ma­halına gəldilər. Qızıldaş əhli dövlərnən bir middət dava ey­lə­di­lərsə də axırda basıldılar. Bu zaman dövlər mahalı talayıf, ca­ma­hatı qırıf, dağıtdıxdan sonra bütün hər mahalda gərək olsun de­yə paççahi sehrnən bir tülkü eylədilər. Onun qızdarı Ağlar hay­vaynan Gülər narı götürüf gətirdilər. Dövlər nə qədər eylə­di­lər­sə də qızdar onlara ray vermədilər, ona görə hər ikisini zin­dana saldılar. İndi bu yannan dövlərin əlinnən qurtulan camahat daha tamam talandıxlarınnan və dövlərin qorxusunnan qaçıf da­ğıl­dılar. Qızıldaşda birjə mal dölət ilə Balxudar paççahı qaldı. Bal­xudar paççah da gündüzlər mal-ilxiyi otarır, axşamlar da yer­vəyer eyləyənnən sonra yeyif, içif gələn savaha kimi yatardı. Genə həmişəki kimi mal-ilxiyi otarmağa aparmışdı ki, həmən qa­ra xanın qızdarı gəlif o öyə çıxdılar. Qızdar yuxuda idilər ki, Bal­xudar mal-ilxiyi irəmədər töküf qapıya getirdi. Bir az vaxda yer­vəyer eyləyif öyə gəldi. O şan-şökətini itirmədən yazıx: “Ay paç­çahnan tülkü olan canım nə yeyərsən” deyə-deyə o qədər ağ­ladı-sızdadı ki, axırda aj-susuz yuxu apardı. O yannan xavardan xa­varı olmuyan günü qaralar paççahı yatmış görüf onun yanına gəl­dilər və bir-birinə ai baji, beylə mal-döləti və cah-calali biz göy­­də gəzsək yerdə tapa bilmərik. İndi bu büsata sahib olmax üçün bir tülkünün başını batırmax lazımdı. Qızdar tülkünü öl­dür­­mək məsləhətinə irazi olannan sonra iki dəmir şişini ojaxda qif­qırmizi qızardıf birini baş tərəfinnən, birini ayax tərəfinnən ey­lə soxdular ki, şişdər laf uj-uja dəgdi və paççah əlvə saat öldü. Bu zaman paççahin meyidini gizdətdilər. Qızdar o günnən novat-novat malı ilxiyi otarıf, dölət içində gözəl dolanmağa baş­da­dılar. O yannan “Gəlin qanı” mahalının paççahı “Baxi­şul­lah”ın sinni səksən-doxsan olmağınnan baravar “Zəki”, “Rufan” və “Ərşan” kimi öylənəsi oğlannarı olduğu halda cavan qız al­maq fikirinə düşür. Ona görə vəziri “Rizva”nı yerində paççah qo­yuf ağsaqqal, qarasaqqal, nökər nəjifnən atdanıf mahal-ba-ma­hal, şənnik-bə-şənnik düşüf könlü tutan qız axtarardı. Bu zül­mü­dar və şorgöz paççah gəzə-gəzə gəlib Qızıldaş mahalında Qa­ra­xanın qızdarına yetişdi. Baxişullah paççah cavan və qənirsiz gözəl Güllü Gül Əndamı görüf ürəyinin başınnan bir sancı tutdu, düz dırnağının ujunda əyləndi qızın eşqiynən dəli-divanə oldu. Ağ­zının suyu duvax öküz kimi davanının istaddı, bu biiman Gül­lü Gül Əndamnan da əl çəkməyif hər üçünə sahav olmaq niyyə­tinə tüşdü. Bu saqqalı ağarıf, ağlı ağarmayan biiman qoja hiy­ləynən üzünü qızdara tutuf: “Ay balalarım, mənim üç asıf kə­sən, vuruf-tutan ijit oğlannarım var ki, addarı, sannarı hər ma­halda söylənir. İndi mən ollar üçün qız axdarıram, havax irazı ol­sanız, Allahın əmrilə, peyğəmbərin şəriyyətilə sizdəri oğ­lan­na­rı­ma allam”. Qızdar çöl biyavanda tək-tənha qaldıxlarınnan və paççah-zadalara nəsif olajaxlarınnan can dilinən irazı oldular. İrazılıx sözünü eşidən paççah oğlannarının adına qızlara sahav ola­jacını gözdəri mırov pişiyinin gözünə dönmüş qızdarı mal-dö­lətdəri ilə öz öyünə gətirdi. Tez-tələsik ollar üçün zaranqa-za­ranq toy vurdurduqda oğlannarı bu sirrdən agah oldular. Bullar dura-dura vəziri öz yerində paççah qoymasını və qoja vaxdında irə­yyətin cavan qızdarına sahav olmasının ajığına atalarını to­yu­nu vaya döndərmək isdədilər. Ona görə paççahın bütün sirrərini ca­mahata aşdılar və öz fikirlərini də söylədilər. İrəyyət paççahın belə zülmükarlığınnan nifrət eyləyif onun tərəfinnən oğlan­na­rı­nın tərəfinə keşdilər. Paççahzadalar camahatnan baravar silah­la­nıf paççahın toy öyünə getdilər. Paççahı və onu istəyənnəri az vaxda öldürdülər. Paççahı öldürəndən sonra oğlannarın arasında nairazılıx olmasın deyən camahat bir beylə tədbir tökdü. “Ay paç­çahzadalar, siz atanız getirdiyi qızdarın yanına gedin. Oların hası biri sizin hası birinizi bəyəndi onu alır və biz də hasınızı is­tə­sək onu özümüzə paççah tikərik”.

Paççahzadalar üzdə camahatın tədbirinə irazı oldularsa da içə­ridə qırıla-qırıla qaldılar. Çünkü qənirsiz gözəl Güllü Gül Ən­da­mı hər üçü almax istədiyi kimi, paççahlıx da hər üçünün kön­lün­nən keçirdi. Oğlannar naillaş qalıf qızdarın yanına getdilər və ata­larının sirrini olara açmaxnan baravar camahatın da tədbirini ola­ra söylədilər. Qızdar paççahzadalara oların istədiyinə görə əvvəl başdarına gələn bütün qəzavü-qədəri söylədilər. Sonra oğ­lan­narın baz-burətdarına, gözəlliyinə, mərifətinə baxıf və özdə­rin­kinə də baxdılar. Bu zaman hay eyləyif o biri bajıları dillə­nə­nə kimi Güllü Gül Əndam ərz eylədi:



– Paççahzadalar bir-birimizə tay gəlmək üçün hər kəs öz ta­yı­nı qavıl öyləsin. Yanı: yaşları baravar olannar bir-birini qavıl ey­ləsinnər. Güllü Gül Əndamın bajıları və kiçik qardaş Zəkinin qar­daşdarı bu məsləhətə ajındılarsa da namusa boğuluf naillaş ira­zı oldular. Ona görə “Gəlin kanı” camahatı qapıları, pən­cə­rə­lə­rivə tamam mahalı bəzədilər. Doqquz gün doqquz gejə toy ey­li­yif “Baxdıxan”ın əlini “Urfan”ın əlinə, “Dilxuz”un əlini “Ər­şan”ın əlinə və “Güllü Gül Əndam”ın əlini “Zəki”nin əlinə taf­şır­maxnan baravar “Baxışullah” paççahın ağıllı, kamallı və əda­lət sahibi olan oğlu Zəkini özdərinə paççahlığa qavil eyləyif şad­dı­ğınan taxda çıxartdılar. Zəki paççah camahatın qaydına qalan və yaxşı iş güzar vəzir vəkil tutuf irəyətnən adilanə rəfdar eylə­diyi halda qardaşları onun kiçik olduğu halda taxt-taja və qə­nir­siz gözəl Güllü Gül Əndama sahib olduğu üçün onu tələf etmək is­tədilər. Çoğul nə ölmuyuf və nə də öləjək, bunu Zəki paççaha xa­var verdi. Paççah gözünün ilk öyu və gönlünün ilk söygüsü olan nişannısının paççahlığının və canının əlindən getməsinnən qor­xuf bir gejə öz yaxın adamlarınnan bəy qafildan qardaşların öyü­nə tökülüf arvatdarınan baravar hər dördünü ölduruf meyit­lə­rini də gizdətdilər. Çünki qardaşları ona duşman çıxdığı kimi qorx­du, qardaşı arvadları da bajılarına duşman çıxsın. Bu əhva­lat­dan çox keçməmiş camahat dəstə-dəstə Zəki paççaha şikayətə gəl­dilər. Ərz etdilər ki, “Ca deyə sinəm” deyilən bir sehrbaz pey­da oluf, onun tərifə gəlməz gözəlliyinə aşiq oluf gedən ca­hallar hiş geri qayıtmırlar. Munnan əlavə mahallarda manişir Bal­xudar paççahının qızdarını aparan qırx sehrbaz hər bir cə­hət­dən camahata çox zərər vurur. Olsun ki, sənin qardaşdarını və qar­daşın arvatdarını ollar tələf eyləmiş olalar. Həmişə irəyətin dərdinə-azarına qalan paççah belə balaları rəd eyləməzmi, həl­vət­də can-dilinən rəd eyləməyə çalışacaq. Zəki paççah irəyi­tə­nin­nən belə qorxulu şikayəti eşidən kimi hesabsız qoşunnan ya­rax­lanıf əvvəl Oşqafda Cadiyə sənəmi tələf etmək üçün yola tüş­dü. Bir middətdən sonra Oşqafa yetişdi. Paççah və qoşun əhli nə gör­dülər, bər (bərri) -biyavanda bir imarət var ki, başı bulutdan aya­ğı dəryadan nəm çəkir. Bu imarətin dört yanında qoyun-quzu sü­rüsü kimi daş olmuş insan yatışır. Zəki paççah halı belə gö­rən­də bildi ki, Cadiyə sənəmin oylağı buradı. Ona görə imarətin qapısına tərəf gəlif: “Ay imarət yiyəsi, bir eşiyə gəl, görüm nəçi və nə karəsən. Bu biyavanda tək-tənha meydan açıfsan. Cadəyə də­nəm bəni adam səsi eşidif əlvəsaat eşiyə çıxdı. O bəni adam qo­şununu görən kimi ədəti üzərə sehr oxuyuf Zəki paççahi qo­şu­nu­nan daş eylədi. Cadiyə sənəm gejə yuxuda yatdığı vaxt “Xı­dır” (xızır) peyğəmbər o sehrbazın yuxusuna girif, qızmış şişi onun sinəsinə basdı. Cadiyə sənəm : Ay məni yandıran Aman, hər nə deyirsən əməl eyliyim, əmbə məni yandırma” deyə çığırdı. Xı­dır peyğəmbər özünü nişan verənnən sora neçə yüz il munnan əvvəl ta indiyə kimi sehrnən daş eylədi bütün bəni adamları canlı insan eylə, bunnan beylə də dünən qoşununnan daş eylədin adil paççaha gedərsən, dedi. Havax bu buyurdduxlarıma əməl ey­ləməsən and olsun mənim nurdan xəlq eyləyən xalıqə sənin bü­tün cəmdəyini şişnən dağ-dağ eyləyəjəm. Cadiyə sənəm can şi­­­­rin olduğuna görə Xıdır peyğəmbərin bütün buyurduxlarına əm­əl eyləməsinə and işdi. Ona görə həmən saat imarətin dörd tə­rə­­fində dəryalar mürəkkəb olub və meşələr qələm olsa he­saf­la­max mümkün olmayan cansız adamları bir su içimində sehrlə ca­na gətirdi. Tilsimnən qurtaran adamlar baş-başa yığışıf: “Ay bizi bu sehrbazın bəni adam cəlladının cəngəlinnən xılas ey­lət­dirən, Allah sənin hər iki cahanda üzünü ağ eyləsin. Kimimiz yet­miş beşildi, kimimiz yüz-yüz əlli ildi ki, bu tisimdə yatırdıx. Ol­ların bu sözünnən sonra Cadiyə sənəm üzünü Zəki paççaha tu­tuf dedi: “Ay adil paççah, bil və eşit mən bu Oşqaf paççahının qı­zı Cadiyə sənəməm. Mənim beş iyit qardaşım var idi, ollar bə­ni adama xoşdarı olduxu üçün gələn günü mahalınnan özdərinə qız söyməyə getdilər. Eşitdiyimə görə olları həmən mahalda öl­dür­müşlər.

Qardaşlarımın bəni adam tərəfinnən öldürüldügünə görə mən mauisir sehrbaz olduğumnan and işdim ki, gərək qar­daş­la­rı­mın əvəzinə o qədər bəni adam cahalı sehrə salıf kürək eyliyəm ki, dəryalar mürəkkəb oluf meşələr qələm olsa hesavına yetə bil­məyə. Əmbə axırda mənə qalib gələn bir bəni adama gedəm. İndi ­sən mənə qalib gəldin. Yanı xızır peyğəmbər səni bir adil paç­çah bilif mənə beylə buyurdu: neçə yüz ildən indiyə kimi daş ey­lədiyin bütün bəni adamları tilsimdən xılas eyləməginən ba­ra­var dünən qoşunnan daş eylədiyin paççaha get. İndi havax almax is­təsən mən sənə gedərəm. Zəki paççah cavaf verdi ki, sənin ki­mi dünya gözəlini cannan-başnan alaram. Bu şərtnən ki, əvvəl “Doq­quz dağ”da qırx sehrbazdarın davasına gedək, sora vətənə ge­dəndə toynan büsatnan vüsalına yetişərəm. Cadiyə sənəm ona ca­vab verdi ki, paççahzada baş üsdə, gedək, gör mən oların ba­şı­na nələr gətirəjəm. Gərək o məlunnarı bir eylə əzafnan öldürəm ki, ta inqıraz aləmətən söylənsin. Zəki paççah Cadiyə sənəmnən ba­ravar neçə yüz illərdən bəri camahatdan çalılıf-çapılıf top­la­nan malı döləti sehrdən xılas olan bəni adamlara payladı. Bəni adam­lar paççaha xeyir-duva verif evlərinə yola tüşdülər. Zəki paç­çah Cadiyə sənəm və başındakı qoşun əhli ilə baravar Doq­quz dağa yola düşdülər. Mənzil eyləyə-eyləyə altı aydan sonra bir çox tovudan baladan və sehrlərdən qurtarıf Doqquz dağa çat­dı­lar. Cadiyə sənəm az vaxda qırx sehrbaz dövü batil sehrnən daş eylədi. Bu zaman Zəki paççah qırx dövün mal-dölətini talan ey­ləmək üçün qoşuna fərman verdi. Qoşun əhli talana cu­mul­duğu vaxt bullardan bir nəfər İnat və Boyat dövün övünü talan ey­lərkən güzarı zindana tüşdü. O zindanda iki qənirsiz gözəl bə­ni adam qızı görüf o saat paççahın hizurinə getdi. Paççah qız­da­rın nəçi və nəkarə olmalarını söruşdu. Xuda olların Balxudar paç­çahın qızı “Ağlar” hayva ilə “Gülər nar” olduğunu bildi. Zəki paç­çah bir neçə gün Doqquz dağa qaldıxdan sonra qoşun əhli ilə at­danıf Gəlin kanı mahalına yola tüşdü. Doqquz dağdan get­dik­ləri mahallardan ölduruf yeyə-yeyə və mənzillərdə yata-yata bir il­dən sonra Gəlin kanına yetişdilər. Paççahın irəyyəti onun fəth zə­fərinnən gəlməsini bilif yeddi ağaşdıxdan pişvazına çıxdılar, şad­dıxnan hamısı gəlini kanı mahalına gətirdilər. Zəki paççah yol yorgununu alannan sonra mahalı əlvan çiçəklər və xalı zili­lər­nən bəzətdi və bir addı-sannı toy vurduruf Gəlin kanı əhlini hə­mən toya çağırdı. Gəlin kanı əhli uşaxdan böyüyə kimi paç­ça­hın məjlisinə gəldilər və yeyif-içənnən sonra ağsaqqal, qa­ra­saq­qal və addı-sannı adamlar Cadiyə sənəmin kəvinini Zəki paç­ça­ha, Ağlar hayvanın kəvinini vəzirə və Gülər narın kəvinini və­ki­lə kəsdirif əl-ələ vurdular: – Allah yıldızınızı barışdırsın, yeddi oğul ata-anası olun, uruzunuz göydən yağsın, yerdən bitsin, şa­nı­nız-şökətiniz daha da ujalsın, ömürünüz Məyti (Mehti) ömü­rü­nə dönsün – deyif öylərinə dağıldılar. Zəki paççah da cah, ca­lal, mal-dölət içində ağ günnən həm irəyətinən adilanə rəfdar edif və həm də ilk öyü Güllü Gül Əndamnan və qənirsiz gö­zəl­li­yin­nən dün­ya gözəli adını alan Cadiyə sənəmnən gün keçirif, ömür sür­mə­yə başdadı.



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin