GÜLLÜ XALA Güllü xala 1839-cu ildə Maraqlıca adlı yaylaqda anadan olmuş, çəmənli-çiçəkli, saf havalı yaylağın canlı təsiri Güllü xalaya da silinməz izlər buraxmışdır. 10-12 yaşlarınadan dəstə-dəstə qız arkadaşları ilə çiyələk, morux dərməyə gedərkən o gülşanlı həyatını eşq və həvəsilə qoşmalar mənzum, mənsur nağıllar və dastanlar söyləməklə keçirmişdir. Böyləliklə, 60-70-ə qadar nağıl bilər ki, bunların əksəriyyəti eşqi və əfsanəvidir.
Bu gündə varlı bir ev başçısı vəcz nəşəsindən uzaqlaşmayan həqiqətən bir el yaradıcısı nümunəsi olaraq qalır. Oğul, qız onun qonşu tərəfindən qayət hürmətlə qarşılanan bu qadın ömrü müddətində gördüyü hadisələri vaqiələri 15 yaşında həvəslə öyrəndiyi nağıllar sırasında öz gönül dəftərindən bir monoloq kibi söyləməyə qabildir. Hər kəs bilmədiyini güvənərək Güllü xaladan sual edib kifayətli cəvablara nail olar.