Şahzada Bəhram:
Şikarə çıxmışdım gördüm bir maral
Daha qalmadı məndə səbrnən qarar
Əlimnən getdi külli ixtiyar
Mən yanına iltimasə gəlmişəm.
Bəhramın anası oğlunnan ceyran sözünü eşidib bildi ki, eşq bəlasinə düçar olubdu. Bu dillərnən oğluna cavab verməyə başladı.
Gül Çöhrə xanım:
Oğul şikarə çıxanda nə bəlaya tuş oldun
Ağıl başdan gedüb fəramuş oldun
Nə dindin-söylədin, nə xamuş oldun
Dərdin nədi iltimasə gəlmisən.
Şahzada Bəhram:
Kəhlik kimi mən gəlmişəm bu səsə
Bülbül kimi giriftarəm qəfəsə
Könül batıb bu xəyalə, bu səsə
Mən yanına iltimasə gəlmişəm.
Gül Çöhrə xanım:
Oğul nə qəflətdi oyunuban yatmısan
Nə eşqdi, nə sövdadı tutmusan
Fikir elə bir tac təxti atmısan
Nə səbəbdən iltimasə gəlmisən?
Şahzada İbrahim:
Ana bəyan edib min kəlməni söyləyən
Xançal alıb bağrım başın tiləsən
Əyər nəməni halal eyləsən
Mən yanına iltimasə gəlmişəm.
Dostları ilə paylaş: |