Şahzada Bəhram:
Nə müddətdi bu södaya düşmüşəm
Eşqin badəsinnən mən də içmişəm
Mən Bəhramam tac təxtdən keçmişəm
Bava, bu yol çöl Xtanə gedirmi?
Piran:
“Piran” deyər qurban olum mən sənə
Əzəlinnən qurban dedim can sənə
Bava əyləş gejə mehman ol mənə
Oğul, bu yol çöl Xtanə getmiyir.
Söz tamama yetişdi. Piran dedi:
– “Şahzada çöl Xtanın yolu bu yandadır. Mən aparıb görsədərəm, amma bu gejə mənə qonaq ol” .
Bəhram piranın sözünü sındırmayıb o gejəni qonax qalmaq içun onun daril imarəsinə getdi. Gejə söhbət eyləyən zaman piran Bəhramnan xəbər aldı: – “Oğul Xtan bir balalı şəhərdir. Nə içun elə bir vilayətə gedirsən?
– Bava, qulax as, nə içun getdiyimi sənə annadım:
Dostları ilə paylaş: |